Dünya futbolu
Blatter: “Vəzifəsindən sui-istifadə edənlərin futbolda yeri yoxdu”
FİFA-nın prezidenti Yozef Blatter son günlərdə idarə etdiyi …
FİFA-nın prezidenti Yozef Blatter son günlərdə idarə etdiyi qurumla bağlı yaşanan qalmaqallara münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, Blatter ali futbol qurumunun rəsmi internet saytı vasitəsilə fikirlərini bildirib:
“Təəssüfkeşliyi başa düşürəm və bizə qarşı baxış tərzinin dəyişəcəyini də bilirəm. Təəssüflə izləsəm də, istintaqı anlayışla qarşılayıram. Bu istintaq vəzifədən düzgün istifadə etməyənlərə qarşı tədbirlər görməyimizə kömək olacaq. Vəzifəsindən sui-istifadə edənlərin futbolda yeri yoxdu. Belə işlərə qarışanları futboldan kənar tutacağıq”.
Qeyd edək ki, İsveçrə polisi və Amerika Federal Təhlükəsizlik Bürosunun həyata keçirdiyi əməliyyat nəticəsində 10-dan çox FİFA rəsmilərini həbs edilib.