Dünya futbolu
Kloppun “Liverpul” planı
“Borussiya” ilə yollarını ayıran Yurgen Klopp baş mə…
“Borussiya” ilə yollarını ayıran Yurgen Klopp baş məşqçi kariyerasını İngiltərədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Mənbədə qeyd olunur ki, təcrübəli mütəxəssis İngiltərə nəhəngi “Liverpul”a keçə bilər. Belə ki, hazırki baş məşqçisi Brendon Rocersin işindən narazı olan “qırmızılar” onu göndərib, əvəzində Kloppla anlaşmaq fikrindədi.
Alman həmkarlarımız birqədər də irəli gedərək Kloppun bu yöndə futbolçu seçimlərinə başladığını da yazıb. O, “Porto”dan Cekson Martines və “Benfika”nin üzvü Eduardo Silvionu da yeni komandasında görmək istəyir.
Qeyd edək ki, 47 yaşlı təcrübəli mütəxəssis 2008-ci idən Dortmund təmsilçisin çalışdırırdı.