Bizi izləyin

Ölkə futbolu

Lisenziya fırıldağı: “Zirə”nin elitaya buraxılması qanunsuzdu

Ölkə klublarına ayrılacağı gözlənilən dövlət ya…

blank
Ölkə klublarına ayrılacağı gözlənilən dövlət yardımı futbol təsərrüfatımızda ciddi dəyişikliklərə səbəb olub. Klubların imkanlarının zəifləməsindən sonra vəziyyət kritik həddə çatıb. Belədə məhz dövlətin bu sahəyə qayğı göstərmək istəməsi can üstə olan insana oksigen verilməsi kimi bir şeydi.
İlk Avropa Oyunları bitən kimi bu planın təsdiqlənməsi gözlənilir. Amma bəzi işbazlar artıq indidən fəaliyyətə başlayıb, yardımın gətirəcəyi dividentlərdən yararlanmaq istəyir. AFFA Lisenziyalaşdırma Komitəsinin məlum qərarı da bu planın bir hissədidi. Belə ki, baş katib Elxan Məmmədovun xeyir-duasını almayan heç bir kluba Premyer Liqada iştirak üçün şans tanınmayıb. Bu üzdən 1-ci divizionun qalibi “Neftçala”, 3-cü pillənin sahibi “Rəvan”, movsümü 4-cü kimi bitirən “Qaradağ Lökbatan” qala-qala “Zirə” və “Kəpəz” lisenziya aldı. Maraqlıdı ki, lisenziya üçün müraciət edən digər klublar – “Şuşa Qarabağ” (8-ci yer) və “Turan Tovuz” (6-cı yer) kənarda qaldı. Halbuki onlar buna nail olan “Kəpəz”dən (9) öndə idi.
Elitanı tərk edən “Bakı”nın da müraciəti qəbul edilmədi və AFFA bütün bunları lisenziya tələblərinin yerinə yetirilməməsinə bağladı. İlk baxışdan məntiqli izahatdı. Amma…
Əvvəla, idman prinsiplərinə məhəl qoyulmadığı üçün bu qərar ikrah hissi doğurur. Premyer Liqaya vəsiqəni 9-cu yerdə gedən klub qazanırsa, bu, yarışın imicinə birbaşa zərbədi. Deməli, bir il ərzində keçirilən yarış həvəskarların yarışından fərqlənmirmiş. Sonucun belə olacağını AFFA rəhbərliyi bilməliydi, bilməyiblərsə, deməli, divizion oyunları gözdən pərdə asmaq üçündü, onsuz da sonda özlərinin seçdikləri komandaları elitaya buraxırlar.
AFFA klubların lisenziya tələblərini yerinə yetirmədiyini əsas götürür. Deyək ki, qanunlara söykənsək, qurum haqlıdı. İş ondadı ki, Lisenziyalaşdırma Komitəsi burada da qanunsuzluğa yol verib. Əslində, lisenziya iddiaçısı olan 8 komandadan heç biri, hətta “İnter”lə “Simurq” da hansısa bənddə qanunsuzluğa yol verib. Aşağıda detalları açıqlayacağıq, amma bəri başdan qeyd edək ki, Premyer Liqada oynamaq hüququ qazanmış 10 klubdan 5-nin sənədləri saxtadı. “İnter”, “Simurq”, eləcə də “Zirə” və “Kəpəz”in lisenziyası əlindən alınmalıdı.
blank
İdman meyarları: “Zirə” lisenziya almamalıydı
Lisenziya iddiaçılarının əksəriyyəti bu baxımdan axsayır. Elitada iştirak üçün tələblər toplantısından birincisini heç kim ödəyə bilməyib. Bitən mövsümdə Premyer Liqada iştirak etmiş komandalarda hər hansı problem yoxdu, amma yeni gələnlər bu baxımdan axsayır.
“Kəpəz” və “Zirə”də əsas problem müxtəlif yaş qruplarından ibarət 9 komandaya malik olmalıdı. Gəlin görək debütantda bunlar varmı?
Düzdü, AFFA iddia edə bilər ki, cari mövsümdə 1-ci divizionda iştirak edən komandalar bu tələbdən azaddı (Maddə 18 – S.04). Ancaq elə həmin maddədə qeyd olunur ki, lisenziya iddiaçısının gənclərdən ibarət ən azı bir komandasının AFFA tərəfindən təşkil olunan yarışlarda iştirakı mütləqdir. “Kəpəz” U-17 və U-14 liqalarında təmsil olunmaqla bu tələbi yerinə yetirib. Digər komandalardan “Rəvan”ın da bir neçə komandası var, uşaq futbolunun inkişafında böyük rol oynayan, ümumiyyətlə, ölkə futboluna saysız istedadlar bəxş edən “Turan Tovuz” U-11, U-12, U-13, U-14 və U-16 liqalarında yaxşı yerlər tutub. Belədə 18-ci maddədə nəzərdə tutulan tələbi pozan “Zirə”yə lisenziya hansı xidmətinə görə verilib?
blank
İnfrastruktur meyarları: Hamının həll edə biləcəyi şərtlərdi
Öz stadionu olan “Bakı”, “Turan Tovuz”, “Qaradağ Lökbatan” heç də digərlərindən üstün durumda deyil. Çünki tələblər toplusunda qeyd olunur ki, lisenziya iddiaçıları ölkə ərazisində istənilən stadionu, idman qurğusunu, təlim-məşq bazasını icarəyə götürə bilər. İmişlidə, Yevlaxda, eləcə də Bakıda bir çox idman qurğularının boş qaldığını nəzərə alsaq, burada da problem yoxdu.
Burada fərqli bir məqam var. Belə ki, assosiasiya iddia edəcək ki, ona qalsa, bütün klublarda problem var, Premyer Liqada iştirakçı komandaların heç olmasa, 10 olması üçün müəyyən güzəştlər etmişik. Əvvəla, güzəşt qanunsuzluqdu, yox, əgər bunu şəxsi maraqlarınız üçün deyil, ölkə futboluna xidmət naminə edirsizsə, o zaman “Bakı” və “Turan Tovuz”dakı çatışmazlıqlara göz yumun. Paytaxt klubu bəlkə də ölkədəki ən yaxşı infrastruktura malikdi, burada sabah yiyəsiz qalacaq 300-400 uşaq təlim keçir. Tovuzluların isə öz arenası var, üstəlik də indi hansı kluba baxsan, orada “Turan”ın yetirməsini görə bilərik.
Kadr və inzibati heyət meyarları: “Kəpəz”lə “Zirə”də hər şey müəmmalıdı
Nəinki “Zirə”ylə “Kəpəz”, hətta bi çox elita klubları da bu baxımdan çətinlik çəkir. Xüsusilə bu komandalarda hər yaş qrupu üzrə müəyyən dərəcəyə malik olan ixtisaslı kadrların olmadığına əminəm. Düzdü, gəncəlilər iddia edir ki, yerli UGİM-lə müqavilə bağlayıblar və onların xidmətindən istifadə edəcəklər. “Zirə” də eyni addımı “Kazbek Tuayevin məktəbi” kimi tanınan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbi (İUGOEM) ilə atıb. Amma əminəm ki, onlarda kifayət qədər ixtisaslı, müvafiq diplomlara malik kadr yoxdu. Varsa, faktla sübut etsinlər.
“Kəpəz”də hətta mətbuat xidməti də yoxdu və bu klubun xəbərlərini AFFA-nın mətbuat xidmətinin rəhbəri, klubun Müşahidə Şurasına assosiasiya tərəfindən salınmış Mikayıl Quliyev sosial şəbəkə vasitəsi ilə çatdırır.
Hər şey müqavilə vağlamaqla həll olunursa, nəyə görə digər lisenziya iddiaşıları bunu etməsin? AFFA lisenziyalaşdırma prosesi çərçivəsində bunun mümkünlüyünü təkcə Mehman Allahverdiyevin qulağına yox, hamıya desəydi, 5 uşaq komandası olan “Turan Tovuz”un hansısa problemi qalmazdı.
Hüquqi meyarlar: Hamı üçün problemsiz maddə
Burada hər hansı problem yoxdu. 300 min manat dəyərində bank zəmanəti məktubunu hamı təqdim edə bilər. Necə ki, bunu sponsoru olmayan, divizionda futbolçuları 100-200 manata oynayan “Kəpəz” edib.
Digər şərtlərə gəlincə, onların yerinə yetirilmə çətinliyi də hamı üçün eynidi. Yəni ki, təşkilati strukturu (ən azı kağız üzərində) müəyyənləşdirmək, səhmdar kapitalını, ümumi aktivləri, gəlirləri, səhmlərin ümumi sayını “Zirə”nin göstərdiyi kimi hamı göstərə bilər.
Maliyyə meyarları: “Bakı”nın ilişdiyi səbəb
AFFA-nın lisenziya tələblərinin yerinə yetirilməsi baxımından iddiaçıları əsas çətinə saldığı maddə budur. Amma ehtimallarımıza görə, yalnız “Bakı” bu meyarda ilişib. Çünki “zolaqlılar” digər tələbləri yerinə yetirməkdə problemlə üzləşməməlidi.
Paytaxt klubunun boğazından yapışmaq üçün Maddə 55 – F.03 kifayət edir. Çünki lisenziya iddiaçısı sübut etməlidir ki, 2014-cü il dekabrın 31-nə qədər borcu yoxdur. “Bakı” isə bunu sübut edə bilməz, faktiki FİFA klubu bir çox legionerlərə borcları ödəməməkdə ittiham edir. Bizdə olan bilgiyə görə, paytaxt klubunun 3.5 milyon dollar gecikmiş borcu var.
Amma burada başqa nüanslar da var. Məsələn, “Xəzər Lənkəran”a FİFA tərəfindən transfer qadağası qoyulub. Düzdü, cənublular Veldin Muharemoviçin şikayətindən sonra üzləşdikləri problemlə razılaşmır və CAS-a (İdman Arbitraj məhkəməsi – müəl.) şikayət ediblər, güman ki, haqlı olduqlarını da sübut edəcəklər. Bununla belə, reallıq budur ki, onlar günahsız olduqülarını sübut etməyiblər. O zaman bu komandanın lisenziya məsələsinə yenidən baxılmamalıdımı?
Maddə 57 – F.05 də diqqət edilməli bənddi. Klubların AFFA və PFL qarşısında vaxtı ötmüş borcları olmamalıdı. Amma sizi əmin edirəm ki, bu barədə necə arayış aldıqlarını bilmirəm, amma hamının müxtəlif səbəblərdən sözügedən qurumlara borcu var.
Yekunəvəzi: “İnter”lə “Simurq” da elitada oynamamalıdı
AFFA bizim iddia etdiyimiz səbəbləri gizlətməyə çalışacaq. Axı, onlar hamıyla məxfilik müqaviləsi imzalayıblar və bunun kölgəsində gizlənirlər. Ancaq hər şeyin şəffaf olduğunu sübut etmək üçün ən azı lisenziya almayan klubların konkret hansı meyarda axsadığını açıqlamalıdılar. Bir də ki, “Zirə”nin Maddə 18 – S.04-ü pozduğunu AFFA-nın rəsmi saytındakı statistikalar da sübut edir.
Bundan başqa, lisenziyaların ötən ilin 31 dekabrınadək olan hesabatlara əsasən qəbul edilməsi də düzgün deyil. Bu gün bütün klublarda ciddi problem var və əksəriyyət son 3-4 ayın maaşlarını ödəməyib. “İnter”lə “Simurq”da isə vəziyyət “Bakı”dakından da pisdi. Onların da futbolçulara külli miqdarda borcu var və FİFA-ya şikayətlər başlayıb. Deyək ki, sabah onlara qadağa qoyuldu və ya “qardaşlar”ın ümumiyyətlə, fəaliyyətinə son qoyuldu, o zaman nə olacaq? Həmin lisenziyalar adi kağız parçasına çevriləcək və AFFA tələsik iştirakçı axtarışına başlayacaq, kiməsə minnətçi düşəcək.
“İnter”lə “Simurq”da pulla bağlı məsələ – “Bakı”dakı kimi – əməlli-başlı qalmaqaldı. Burada futbolçulara kredit xətti açılıb. Onlar maaşlarını alarkən kredit götürən rolunu icra ediblər. Onların borclarını klub bağlamalı olduğu halda bunu etməyiblər. İndi isə həm klub, həm də futbolçular Beynəlxalq Banka borclu sayılır.
FƏRİD
 
 
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-20 15:00

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldılar

blank
Digər idman növləri2024-05-20 14:49

Bürünc mükafatçı müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-20 14:38

Şansı qaçırmayan “Neftçi”, “Zirə”nin qələbəsində Rəhimin “əli”

blank
Digər idman növləri2024-05-20 14:31

Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar

blank
Ölkə futbolu2024-05-20 14:17

II Liqada 26-cı turun təyinatları açıqlandı

blank
Digər idman növləri2024-05-20 14:00

Azərbaycanın daha bir paraatleti dünya çempionu oldu

blank
Digər idman növləri2024-05-20 13:45

Azərbaycan voleybolçusu Qızıl Avropa Liqasındakı oyunları dəyərləndirdi

blank
Digər idman növləri2024-05-20 13:31

Azərbaycan karateçiləri AÇ-də üç medal qazandılar

blank
Digər idman növləri2024-05-20 13:14

Azərbaycan boksçularından Qazaxıstanda 2 medal

blank
Digər idman növləri2024-05-20 12:59

Karlsen Mərakeşdə çempion oldu

blank
Digər idman növləri2024-05-20 12:41

“Mövsümün ən pis oyununu sərgilədik”

blank
Premyer-liqa2024-05-20 12:26

Səfərdə 50-ci darmadağın

blank
Digər idman növləri2024-05-20 12:11

Roma çempionu reytinqdə irəlilədi

blank
Premyer-liqa2024-05-20 11:54

Son 27 ilin rekordu

blank
Digər idman növləri2024-05-20 11:37

MBA-da finalçılar məlum oldu

blank
Digər idman növləri2024-05-20 11:19

Azərbaycanın daha dörd cüdoçusu DÇ-də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-20 11:00

Azərbaycan və Ukrayna Voleybol Federasiyaları arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-05-20 10:41

“Qələbənin açarı müdafiədədir”

blank
Digər idman növləri2024-05-20 10:24

Bakıda güləş üzrə U-23 Avropa çempionatı başlayır

blank
Digər idman növləri2024-05-20 10:10

Azərbaycan fudokançılarından AÇ-də uğurlu nəticə

blank
Ölkə futbolu2024-05-20 09:54

Qurban Qurbanov Avropada birincidir

blank
Ölkə futbolu2024-05-20 09:39

Avrokubok planlaması: “Neftçi” 2-ci də ola bilər, 5-ci də

blank
Ölkə futbolu2024-05-20 09:22

Hamı gedir, Şeydayev qalır

blank
Milli komanda2024-05-20 09:05

Millimizlə oyunda yeni rekord gözlənilir

blank
Ölkə futbolu2024-05-20 08:50

“Qarabağ” üçün daha 4 rəqib

blank
Milli komanda2024-05-20 08:32

Rəqibimizin heyəti müəyyənləşdi

blank
Digər idman növləri2024-05-20 08:15

Ferstappenin 5-ci qələbəsi

blank
Ölkə futbolu2024-05-20 08:00

Baxşıyevin imkanı olsaydı…

blank
Dünya futbolu2024-05-20 01:55

PSJ-dən mövsümün son matçında inamlı qələbə

blank
Dünya futbolu2024-05-20 01:34

“İnter”dən “Latsio” ilə heç-heçə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm