Premyer-liqa
Aqil Məmmədov: "Bu qələbəni tarixi uğur hesab etmirəm"
Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyun…
Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Sumqayıt" evdə "İnter"i 3:1 hesabı ilə məğlub edib.
"Kapital Bank Arena"dakı matçdan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Aqil Məmmədov qalibiyyəti belə şərh edib:
“Qələbə münasibəti ilə azarkeşləri təbrik edirəm. Sumqayıtlı futbol fanatları bizə hər zaman dəstək oldular. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Digər tərəfdən “İnter”in heyətində çıxış edən gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Həmin oyunçuların bir neçəsini bəyəndim. Düşünürəm ki, gənc oyunçular Premyer Liqada oynamağa hazırdırlar. Düzdü, indiyə qədər “İnter”i məğlub edə bilməmişdik. Çempionatın sonuncu turundakı oyunumuz tarixə düşdü, amma mən bu qələbəni tarixi uğur hesab etmirəm”.
(pfl.az)