I Liqa
Cəfərov: "Hesab oyuna görə oldu"
Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyun…
Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Sumqayıt" evdə "İnter"i 3:1 hesabı ilə məğlub edib.
"Kapital Bank Arena"dakı matçdan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın məşqçisi Roman Cəfərov məğlubiyyəti belə şərh edib:
“Əvəzedici heyətlərin çempionatında qızıl medal qazanan futbolçulara şans vermişdik. Məqsədimiz odu ki, gənc futbolçular heyətdə möhkəmlənsinlər. Bu gün hesabı biz açsaq da, qələbə üçün təcrübəmiz çatmadı. Hesab oyuna görə oldu”.
(pfl.az)