Premyer-liqa
Əsədov: "Futbolçularla söhbət aparacağıq"
Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyun…
Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" evdə AZAL-la 1:1 bərabərə qalıb.
"Bakcell Arena"dakı matçdan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Arif Əsədov heç-heçəni belə şərh edib:
"Son vaxtlar uğursuz zolağa düşmüşük. Bunun da obyektiv bə subyektiv səbəbləri var. Zədəli futbolçularımızla yanaşı, heyətdə də çatışmazlıq var. İndi bütün fikrimiz kubok matçına yönəlib. Əziz kimi təcrübəli futbolçu o hərəkəti etməli deyildi. Kənardan da ona xəbərdarlıq etdik ki, sarı vərəqəsi var, ehtiyyatlı oynasın. İndi komandanı finala motivasiya etməliyik. Bunun üçün klub rəhbərliyi ilə bir araya gəlib, futbolçularla söhbət aparacağıq.