Premyer-liqa
Əhmədov: " Hərdən öz-özümə gülürəm ki …"
Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyun…
Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" evdə AZAL-la 1:1 bərabərə qalıb.
"Bakcell Arena"dakı matçdan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov heç-heçəni belə şərh edib:
"Son tura şərh vermək üçün adamda həvəs də yoxdu. Bu, "Neftçi" üçün vacib oyun idi. Sevindirici hal odu ki, mövsümü məğlub başa vurmadıq. Buna görə futbolçulara təşəkkürümü bildirdim. Komandada dəyişiklər olacaq. Müdafiə xəttində ciddi dəyişiklik mütləqdi. 1-2 futbolçumuzu icarəyə vermək haqda düşünürük. Nicat Qurbanovla Təmkin Xalilzadə bacardığı futbolu oynasalar, ən yaxşılardan ola bilər. Nicatın getməyi bizim gündəmimizdə yoxdu. Təmkinin məsələsinə görə isə "Qarabağ"la danışacağıq. Hərdən öz-özümə gülürəm ki, niyə İngiltərədəki kimi bizdə oynamağa imkan verilmir. Tez-tez oyunu saxlamaq oyunun tempini aşağı salır. Bugünkü bayram münasibəti ilə hər birinizi təbrik edirəm".