Premyer-liqa
Kamal Bayramov: "Söhbət Kardozo üçün yaxşı qurtardı"
Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyun…
Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" evdə AZAL-la 1:1 bərabərə qalıb.
"Bakcell Arena"dakı matçdan sonra saytımıza açıqlama verən qonaq komandanın qapıçısı Kamal Bayramov heç-heçəni belə şərh edib:
"İlk hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Qol buraxandan sonra sona qədər mübarizə aparıb, meydandan xalla ayrıldıq. Mövsümü məğlubiyyətlə bitirməyimiz bizim üçün pis olardı. Buna görə də əlimizdən gələni etdik. Mövsüm bizim üçün normal keçdi. Bəzi insanlar "İnter" və "Simurq"un bu durumuna üzülür. Mən isə sevinmirəm. Onlar üçün hər şeyin yaxşı olacağına inanırıq. Karlos Kardozo ilə aramdakı mübahisyyə gəldikdə isə vaxt apardığım üçün əsəbləşdi. Allaha şükür ki, hər şey müsbət yöndə həll oldu. Söhbət Kardozo üçün yaxşı qurtardı(gülür)".