Premyer-liqa
Elbrus Məmmədov: "Buna görə çoxu bizi qınadı"
Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyun…
Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" evdə "Simurq"la 0:0 bərabərə qalıb.
Lənkərandakı matçdan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın məşqçisi Elbrus Məmmədov heç-heçəni belə şərh edib:
“Cari mövsümdə sonuncu oyunumuzu keçirdik. “Xəzər Lənkəran” olaraq gəncləşdirmə siyasətinə əl atanda çoxu bizi qınadı. Amma biz növbəti mövsümləri nəzərə alaraq baza hazırlamağa çalışdıq. Düşünürəm ki, vəzifənin öhdəsindən gəldik. Bundan əlavə Elnur Cəfərovun 18 yaşında milli komandaya dəvət alması bizi sevindirdi. Ümidvaram ki, uğurlarımız daha da çoxalacaq.
(pfl.az)