Premyer-liqa
Qurbanov: "Bu barədə rəhbərliklə danışacam"
Ötən gün Topaz Premyer Liqasında sonuncu – 36-cı tu…
Ötən gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" evdə AZAL-la 1:1 bərabərə qalıb.
"Bakcell Arena"dakı matçdan sonra saytımıza açıqlama verən qonaq komandanın futbolçusu Nicat Qurbanov heç-heçəni belə şərh edib:
"Neftçi"yə qarşı oyunlar hər zaman çətin olub. Futbolumuzun flaqmanıdı. Allaha şükür ki, əlimizdən gələni edib, 1 xal qazandıq. Mövsümü yaxşı baş vurduq. Oyunun tempi elə idi ki, adam qol vurmaq istəyirdi. Qol sevincimi böyütmək lazım deyil. İçdən gələn hiss idi. Bildiyiniz kimi, müqavilə ilə "Neftçi"yə məxsusam. Geri qayıtmağım klubdan asılıdı. Bu barədə klub rəhbərliyi ilə danışacam. Hər şey "Neftçi"dən asılıdı. İstəsələr qalacam, istəmələr isə özümə klub axtaracam. Cərimə zərbəsini yerinə yetirəndə özümə inanırdım. Buna görə də, məsuliyyəti öz üzərimə götürdüm".