Ölkə futbolu
Nazarovun məhsuldar ötürməsi "Karlsrue"ni ümidləndirdi
Növbəti mövsüm Almaniya Bundesliqasında iştirak &uum…
Növbəti mövsüm Almaniya Bundesliqasında iştirak üçün pley-off oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, Bundesliqa 2-də 3-cü yerin sahibi "Karlsrue" elitada 15-ci olan "Hamburq"la qarşılaşıb.
Azərbaycan milli komandasının üzvü Dimitri Nazarovun da şərəfini qoruduğu "Karlsrue" səfərdən 1:1 hesablı bərabərliklə ayrılıb. Start heyətdə meydana çıxan Nazarov 90 dəqiqə meydanda olub və məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması iyunun 1-də keçiriləcək.