Dünya futbolu
“Ançelotti “hə” deyənədək təslim olmayacam”
“Milan" Madrdi "Real"ından yenicə ayrılan Kar…
“Milan" Madrdi "Real"ından yenicə ayrılan Karlo Ançelottini baş komandaya baş məşqçi olaraq gətirməkdə israrlıdı. Futbolinfo.az xəbər verir ki, artıq klubun vitse-prezidenti Adriano Qalliani italyan mütəxəssisi razı sala bilmək üçün Madridə yollanıb.
O, son açıqlamasında danışıqların gedişi barədə danışıb: "Ançelottiylə birgə Milana qayıtmaq üçün buradayam. O, “hə” cavabını verənə kimi təslim olmayacam. Sabah yenidən görüşəcəyik. Ançelotti əla"aşbazdı". O, bizim üçün əla "karbonara" hazırlayardı. Nə olacağını bilmirəm. Karlo məyus görünmürdü. Sabah əhəmiyyətli gündü. Təzyiq davam edir. Karlo ailəmizin üzvü olduğu üçün danışıqlarımız mehriban keçir. Onunla birlikdə 11 beynəlxalq turnir qazanmışıq. Ancelotti tariximizin bir parçasıdı. 2005-ci ildə "Liverpul"la oynadığımız finalı xatırladıq. Titulların sayı 14 ola bilərdi. Karlo ilə ilk dəfə 1987-ci ildə görüşmüşdüm. Münasibətlərimiz heç vaxt bitməyəcək kimidi. Ancelotti yaxşı bilir ki, əgər indi "hə" deməsə, o və həyat yoldaşı ilə birlikdə Vankuverə uçacam".
Xatırladaq ki, Ançelotti onurğa sütunundakı problemə görə, Kanadanın Vankuver şəhərində əməliyyat olunacaq.