Dünya futbolu
“Yuventus” yeni hücumçu aldı
"Yuventus” yeni mövsüm üçün ilk …
"Yuventus” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.Futbolinfo.az xəbər verir ki, İtaliya çempionu uzun müddətdi izlədiyi "Palermo"nun hücumçusu Paulo Dibala ilə anlaşıb.
Dibalanın Turindəki fotosunu "Twitter"də paylaşan ESPN müxbiri Xuan Yankileviç bu barədə məlumat yayıb. Futbolçu Turində tibbi yoxlanışdan keçəcək. Daha sonra "Yuventus” argentinalı ilə 5 illik müqavilə imzalayacaq. Keçid 32 milyon avro dəyərində qiymətləndirilir.
Qeyd edək ki, 21 yaşlı hücumçu 2012-ci ildən İtaliya təmsilçisində çıxış edir.