Dünya futbolu
Millinin hücumçusu “Qalatasaray”da
Çempionluğunu rəsmiləşdirən Türkiyənin “Qalata…
Çempionluğunu rəsmiləşdirən Türkiyənin “Qalatasaray” klubu növbəti mövsüm üçün heyətlə bağlı çalışmalara başlayıb. Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar” artıq ilk transferini də reallaşdırıblar.
İstanbul təmsilçisi Fransa “Marseli”nin hücumçusu Andre-Pyer Jinyakla 3 illik müqvilə imzalayıb. ”Marsel”lə sözləşməsi başa çatan 29 yaşlı hücumçunun Rusiya klublarından da təklif aldığı deyilir. Futbolçu keçidlə bağlı fikirlərini bildirib: “Rusiyada 5 min azarkeş önündə oynayacağıma “Qalatasaray”a gedərəm. Ən azından, onlar Marseldəki kimi çılğın azarkeş kütləsinə sahibdilər”.
Azad agent kimi gələn Jinyak nəğd 1 milyon avro qazanacaq. Onun illik maaşı isə 2,5 milyon avro olacaq.
Qeyd edək ki, Fransa millisinin üzvü olan futbolçu 2009-cu ildən “Marsel”də çıxış edirdi. Əlavə olaraq bildirək ki, hücumçu bu mövsüm Fransada 23 qol və 2 məhsuldar ötürmə verib.