Dünya futbolu
Emeri Mançester yolunda
Manuel Pelleqrini ilə yollarını ayırmağa hazırlaşan “Man&…
Manuel Pelleqrini ilə yollarını ayırmağa hazırlaşan “Mançester Siti” yeni baş məşqçi hədəfini müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, son iki mövsümdə "Sevilya" ilə Avropa Liqasının qalibi olan Unay Emeri “şəhərlilər”in hədəfindədi.
Onu növbəti mövsümdən etibarən İngiltərədə görə bilərik. ”Şəhərlilər” ispanyalı mütəxəssislə yaxından maraqlanır. Artıq Emerinin meneceri Jorje Mendeş “Mançester Siti”nin idman direktoru Çiki Beqiristaynla danışıqlar aparır.
Qeyd edək ki, təcrübəli mütəxəssisin adı daha öncə "Real", "Milan" və "Napoli" ilə birgə hallanır.