Dünya futbolu
Podolski İstanbula gəlir
“Qalatasaray” Almaniya millisinin hücumçusu Lu…
“Qalatasaray” Almaniya millisinin hücumçusu Lukas Podolskini transfer edir. Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Belə ki, “sarı-qırmızılar” İngiltərənin “Arsenal” klubuna məxsus olan və hazırda Milan “İnter”ində çıxış edən forvardın keçidinə çox yaxındı. İtaliyalı həmkarlarımız bildirir ki, 29 yaşlı futbolçu çempionatın son turunda “İnter”in “Empoli” ilə qarşılaşmasından sonra İstanbula gələrək, “cim-Bom”la müqavilə imzalayacaq.
Qeyd edək ki, Türkiyə mətbuatı "Qalatasaray"ın Fransa “Marsel”inin hücumçusu Andre-Pyer Jinyakla da anlaşdığını yazıb.