Premyer-liqa
"Neftçi" uğursuzluğunu balacalarla unutdurur – FOTO
Ötən gün Topaz Premyer Liqasında sonuncu – 36-cı tu…
Ötən gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" evdə AZAL-la 1:1 bərabərə qalıb.
"Bakcell Arena"dakı qarşılaşmanın fasiləsində mükafatladırma mərasimi olub. Belə ki, Bakı-2015 I Avropa Oyunlarına həsr olunmuş “Sabahın Ulduzları” turnirinin qalibi olmuş 2004-cu il təvəllüdlü futbolçulara gümüş, 2006-2007-ci il təvəllüdlülərdən ibarət komadaya isə qızıl medallar və kubok təqdim olunub. Mükafatları "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev təqdim edib.
Görünür, flaqmanın azyaşlıları əsas komandanın futbolçularından daha fərasətlidi. Çünki cari mövsümü uğursuz keçirən bakılılar uşaq komandalarının qazadığı nəticələrlə təsəlli tapmağa çalışırlar.