Dünya futbolu
Ançelotti "Milan"la bağlı qərarını açıqlayır
"Real"ın baş məşqçi postundan gedəndən sonra bi…
"Real"ın baş məşqçi postundan gedəndən sonra bir illik istirahət edəcəyini açıqlayan Karlo Ançelotti fikrindən daşına bilər. Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis "Milan"a qayıtmaq ehtimalının olduğunu rəsmən açıqlayıb.
Məsələ ilə bağlı "Milan Channel"ə danışan təcrübəli məşqçi bunları dilə gətirib: "Qalliani ilə görüşdüm. Onunla hər zaman yaxşı münasibətim olub. Bəli, karyerama bir il fasilə verəcəyimi açıqlamışdım. Hələ ki, yeni mövsümdə işləyib-işləməyəcəyimi bilmirəm. Yaxın zamanda bunu hər kəs öyrənəcək. Son qərarımı iyunun 3-də verəcəm".
"Milan"ın sahibi Silvio Berluskoninin bu işin müsbət həlli üçün İspaniyaya göndərdiyi vitse-prezident Adriano Qalliani isə belə danışıb: "Karlo bir il fasilə verməyi düşünürdü. Ancaq təklifimizlə onu bu fikrindən daşındıracağımıza əminəm. Çərşənbə günü qərarını bizə bildirəcək. Mənə geri dönmə şansının 50 faiz olduğunu demişdi. Onunla bütün məsələlərdə razılığa gəldik, ancaq deyim ki, yekun qərardan sonra hər şey bəlli olacaq"
Qeyd edək ki, 55 yaşlı təcrübəli mütəxəssis 2001-09-cu illərdə İtaliya nəhəngini çalışdırıb.