Dünya futbolu
Ziko İstanbula hansı klub üçün gəlib?
Brazilyalı məşhur futbol mütəxəssisi Artur Ziko İstanbula g…
Brazilyalı məşhur futbol mütəxəssisi Artur Ziko İstanbula gəlib. Futbolinfo.az xəbər verir ki, cənubi amerikalının gəlişi isə qardaş ölkədə birmənalı qarşılanmayıb.
Belə ki, Ziko İstanbula yerli universitetlərin birində baş tutacaq tədbirə qatılmaq üçün gəldiyini desə də, türkiyəli həmkarlarımız və futbol ictimayəti başqa fikrdədi. Onlar brazilyalının yeni baş məşqçi axtarışında olan “Fənərbaxça” ilə danışıqlar üçün ökəyə təşrif buyurduğunu deyirlər.
Qeyd edək ki, hazırda Hindistanın “Qoa” klubunda baş məşqçi işləyən 62 yaşlı mütəxəssis 2006-08 illərdə isə “Fənərbaxça”nı çalışdırıb.