Bizi izləyin

Premyer-liqa

Kimlər gəldi, kimlər gördü, kim qazandı, kimlər köçdü?

Ötən il avqustun 9-da start götürən Topaz Premyer Liq…

blank
Ötən il avqustun 9-da start götürən Topaz Premyer Liqası uzun sürən xəstəlikdən sonra nəhayət ki, canını tapşırdı. Vəssəlam, 2014-2015 çempionatı da yalnız tarixdə əks olunacaq. Xələflərindən nə ilə fərqləndi, futbolsevərləri qane etdimi, qeyri-adi nələrsə baş verdimi, layiq olan qalib oldumu, bəxti gətirənlər kim oldu, çempionatın tapıntısı kim oldu? Suallar kifayət qədərdi. Beləliklə, sizləri cari mövsümün Premyer Liqasına ekskursa dəvət edirik.
İlk rüsvayçılıqlar ilk turda
Avqustun 9-u start götürən çempionat həyatının 2-ci günündəcə futbol təsərrüfatımızdakı əsl durumu üzə çıxardı. Bir ölkənin çempionu, hazırkı durumda klub brendi sayılan "Qarabağ" adi qayda pozuntusuna (legioner limiti) yol verirsə, digərlərindən heç nə ummağa dəyməz. "Sumqayıt"la görüşün 59-cu dəqiqəsində Riçard Almeydanın meydana daxil edilməsi, qayda pozuntusunu rəsmiləşdirmişdi. Bundan 2 dəqiqə sonra Muarem Muaremin Namiq Ələsgərovla əvəzlənməsi isə "arxadan atılan daş" effektini verdi. Saytımızın gözündən qaçmayan bu hadisə yekunda ağdamlılara texniki məğlubiyyətin verilməsini şərtləndirdi. "Sumqayıt"ın 3:0 hesablı texniki qələbəsi rəsmiləşənədək isə 1-ci turda böyükhesablı qələbə qeydə alındı. Maraqlıdı ki, bu nəticə də bir sıra neqativ hadisələrlə yadda qaldı. "Araz Naxçıvan" – "Neftçi" matçına qonaqların ovaxtkı baş məşqçisi Böyükağa Hacıyev yollanmadı. Doğulduğu diyara baş çəkməməsinə müxtəlif donlar geyindirən hazırda məşqçilər komitəsində çalışan mütəxəssis, yalnız uzun müddət sonra Naxçıvanda Naxçıvan komandasını udmaq istəmədiyini dilə gətirdi. Elə heyətə baxdıqda da aydın olurdu ki, komanda Muxtar Respublikaya uduzmağa gedib. Bu görüşə diqqət yetirmək üçün daha bir neçə məqam var. Məsələn, Naxçıvan televiziyasının yerli komandanın heyətini elan edərkən, bütövlüklə azərbaycanlılardan ibarət olduğunu göstərmək cəhdi. Hətta gürcü legioner David Canelidze "ağ-qaralar"ın qapısına yol tapdıqdan sonra da o, azərbaycanlı kimi təqdim olurdu: Davud Canıyev. Bunu Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun "ancaq azərbaycanlılar oynasın" əmrindən qorxaraq etmişdilər. Ancaq "yalanın ömrü 40 gün çəkir", əbəs yerə deməyiblər. "Araz Naxçıvan"ın ömrü 40 gün olmasa da, vur-tut 50 gün çəkdi. Adını "hakim ədalətsizliyinə görə" qoysalar da, əslində ayrılan maliyyənin elitada mübarizə aparmaq üçün kifayət etməməsi idi… Qərəz, naxçıvanlıların Premyer Liqada komandalarına azarkeşlik etmək sevinci cəmi 50 gün çəkdi və Azərbaycanın daha bir klubu "futbol tarixi qəbristanlığı"nda "dəfn olundu".
Beləcə, ilk turda baş tutan 5 oyundan 3-də böyük hesab qeydə alınsa da, yalnız "İnter" – "Qəbələ" matçı anormallıqla yadda qalmadı. Start turunda bir çempionatlıq hadisənin qeydə alınması, gələcəyə bədbin baxmağa kifayət qədər əsas verirdi. 11-ci turda "Qarabağ"dan 0:4 hesablı məğlubiyyətdən sonra "Araz Naxçıvan" çempionatdan rəsmən imtina etdi.
Kim yatmış, kim oyaq?
Çempionatın startında qeyri-sabit çıxış edən favoritlər tədricən özlərinə gəlməyə başlamışdı. Ancaq bu ifadənin söhbət son illərdəki ənənələrdən getdiyi halda, yeri var. Çünki Dorinel Muntyanunun başçılıq etdiyi "Qəbələ" güclü maliyyə dayaqlarına sahib olsa da, "ənənəvi iddiaçı" statusunun sahibi sayılmırdı. Yalnız 2013-2014 mövsümündə bürünc medala layiq görülən komandanın "ağsaqqallar"la tərəzinin eyni gözündə qoyulması hələ tez idi. Futbolda maliyyə dayaqları ən önəmli rol oynadığını nəzərə aldıqda, "Qəbələ"nin payız dövründə faciəvi çıxışına heç bir don geyindirmək olmaz. "Qarabağ", "Neftçi", "İnter" və "Xəzər Lənkəran" isə turlar ötdükcə sürət yığmaqda davam edirdilər. Qış fasiləsinə yollanarkən Ağdam təmsilçisi ən yaxın izləyicisi – "İnter" və "bankirlər"lə itirilmiş xallara görə bərabər olan "Neftçi"ni müvafiq olaraq, 5 və 8 xal arxada qoyurdu. Lənkəran təmsilçisi "Qəbələ"dən 1 xal öndə olsa da, çempiondan geridə qaldığı 14 xal faktiki olaraq, qızıl medal iddiasından əl çəkməyə vadar edirdi…
Maaş verilirsə, Messi olmalısan
Turnir cədvəlinin alt sıralarında isə, gözlənildiyi kimi, "Bakı" və "Sumqayıt" var-gəl edirdilər. Paytaxt təmsilçisi topladığı 10 xalla rəqibinə aşağıdan yuxarı baxmağa məhkum olmuşdu. Maliyyə burulğanında çabalayan Hafiz Məmmədovun komandasının bu duruma düşməsi əslində gözlənilən idi. "Sumqayıt"a gəlincə, klub rəhbərliyinin səriştəsiziliyindən bir neçə kəlmə yazmağa borcluyam. Kamran Quliyev hər dəfə mətbuata çıxdıqda futbolçuları baltalayır, məvaciblərinin vaxtı-vaxtında verildiyini qabardırdı. Görünür, klub bossu hələ bilmir ki, futbolçular maaş aldıqda, daha yaxşı oynamır, potensialları artmır. Bir oyunçunun müəyyən potensialı var ki, ölkə mətbuatı da hər klubun heyətinə cəlb etdiyi futbolçulara baxıb şanslarını dəyərləndirir. Bu tip açıqlamalar verərəkən, Quliyevin nəyə ümid etdiyini isə bir özü bilirdi…
"Buzlayanlar"
Qış fasiləsində növbəti "inqilab" yaşadıq. "Xəzər Lənkəran" yuxuda nə gördüsə, bir göz qırpımında heyəti dəyişdi. Sovet vaxtının dili ilə desək "1-ci sort məhsulu 3-cü sorta" dəyişdirdi. Bu, dərhal nəticələrdə də öz əksini tapdı. Komanda çempionatın ilk yarısında topladığı 20 xalın üstünə cəmi 12-ini əlavə etməyi bacardı.
Daha bir "inqilabçı" "Neftçi" oldu. Qızıl, ən pis halda gümüş medallara iddia edən "ağ-qaralar" yekunda bürüncə də həsrət qaldılar. Rəhbərlikdə baş verən məlum dəyişikliklər əks-sədasız ötüşə bilməzdi ki, yekunda "Neftçi" ardıcıl ikinci mövsüm medal üzünə həsrət qaldı.
"Zəhmətkeş qarışqalar"
"Qəbələ"nin Roman Qriqorçukla başladığı yolun əvvəli olduqca uğursuz alındı. İş o həddə çatdı ki, futbol adına heç bir şey ortaya qoymayan "Simurq" belə ukraynalı mütəxəssisin komandasını arxada qoymuşdu. Çempionat iştirakçılarının əksəriyyətinin qeyri-sabit çıxışı Zaqatala təmsilçisi üçün göydəndüşmə olmuşdu. Bu siyahıya "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran"la yanaşı, ümumiyyətlə, elitaya yaraşmayan "Sumqayıt" və "Bakı"nı da əlavə etdikdə, aydın olur ki, "Simurq"un qorxacağı bir "qardaşı" idi, bir də "Qarabağ". Əlbəttə, Premyer Liqada AZAL adlı klub da var idi. Lakin "təyyarəçilər" həmişəki kimi öz dünyalarında idilər. Yadınıza gəlir, "Bəxtiyar" filmində Yusif Saşanı bibisindən soruşarkən hansı cavabı alır? Bəli-bəli: "Oralarda"… Bax, AZAL da "oralarda" idi…
Amma Roman Qriqorçuk "Qəbələ"ni silkələməyi bacardı, komanda həqiqətən gözəgəlimli futbol ortaya qoymağa başladı. Nəticələr isə yağ kimi axmağa başladı. Bu məqamda aydın oldu ki, "Qəbələ"yə rəqib yoxdu. Söhbət 3-cü yer uğrunda mübarizədən gedir. Hətta turnir cədvəlində "Neftçi"dən geri qaldığı bir vaxtda, hamı görürdü ki, bu, müvəqqətidi. Elə "Neftçi" rəsmiləri də. "Ağ-qaralar"ın futbolçularını meydana sanki şallaqlaya-şallaqlaya çıxarırdılar. Meydanda ayaq sürüyən futbolçuların bəzi oyunlarda komandaya 3 xal gətirmələri isə daha çox rəqiblərinin "Neftçi"dən də pis gündə olması ilə bağlı idi. "Qəbələ"nin məşqçi və futbolçu heyəti isə əsl "zəhmətkeş qarışqalar" təsəvvürü yaradırdılar. Hər oyuna final kimi çıxan komanda son 14 turda məğlubiyyətin nə olduğunu bilmədi. Göstərilən oyun və əldə olunan nəticələr "Qəbələ"yə haqq etdiyi bürünc medalı qazandırdı.
"Qarabağ" "Qarabağ"a qalib gəldi
Qızıl medal uğrunda mübarizədə "Qarabağ"ın iki rəqibi var idi: "İnter" və "Qarabağ"ın özü. Ağdam təmsilçisi həm heyətin komplektləşməsi, həm baş məşqçi təfəkkürü, həm xətlərarası əlaqələr, həm fiziki göstəricilərdə rəqiblərindən üstün idi. "İnter" sonadək mübarizə aparsa da, sona 1 tur qalmış "ağ bayraq" qaldırmalı oldu. "Qarabağ"ın bir sıra oyunlarda planlaşdırılmayan xal itkisinə məruz qalması çempionun oyunlara köklənə bilməməsi ilə əlaqədardı. Buna görə də yuxarıda qeyd etdik ki, "Qarabağ"ın iki rəqibindən biri elə özü idi. Lakin ağdamlıların bir sabit göstəricisi var ki, bu da həsəd aparılmağa layiqdi. Çempionatın ilk yarısında toplanılan 32 xala, Qurban Qurbanovun yetirməli bir o qədərini də qış fasiləsindən sonra əlavə etməyi bacardılar. Məhz bu göstərici "Qarabağ"ı özü üzərində də qalib gəlməsində yardımçı oldu. Bütün faktorları topladıqda Qurban Qurbanovun yetirmələri çempionluğa ən layiq komanda idi və çəkdikləri əziyyətin bəhrəsini qızıl medallara sahib olmaqla gördülər.
Topaz Premyer Liqasının simvolik yığması
Qapıçı: İbrahim Şehiç (Qarabağ).
Müdafiəçilər: Bədavi Hüseynov (Qarabağ), Məhəmməd Mirzəbəyov (İnter), Rikardinyo (Qəbələ).
Yarımmüdafiəçilər: Riçard Almeyda (Qarabağ), Derlis Meza Kolli (İnter), Cavid Hüseynov (Qəbələ), Leroy Corc (Qarabağ), Reynaldo Dos Santos (Qarabağ).
Hücumçular: Draqan Çeran (Simurq), Nurlan Novruzov (Bakı)
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Ölkə futbolu2024-04-23 12:48

Yapon futbolçu: “Avrokuboklara gedə bilərik”

blank
Ölkə futbolu2024-04-23 12:31

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm