Ölkə futbolu
AFFA rəhbərliyi üçün bomba təhlükəsi
Bu gün İsveçrənin Sürix şəhərində keçiri…
Bu gün İsveçrənin Sürix şəhərində keçirilən konqresdə FİFA-nın yeni prezidentinin adı məlum olacaq. Futbolinfo.az xəbər verir ki, bu tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və vitse-prezident Elşad Nəsirov da iştirak edir.
Keçiriləcək seçkidənn öncə narahatlığa əsas verən xəbər yayılıb. Belə ki, az öncə yayılan məlumatda seçkinin keçirildiyi binaya bomba qoyulması xəbəri bildirilir. Məlumatı Sürix polis də təsdiq edib. Konqresə qatılanlar əvvəlcə binanın həyətinə çıxarılsa da, sonradan heç bir problem olmadığı üçün geri, zala qayıdıblar.
Qeyd edək ki, Konqresdə FİFA prezidenti vəzifəsinə iki namizəd – hazırkı prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn – arasında seçki keçiriləcək.