Ölkə futbolu
Ağabala Ramazanov "Xəzər Lənkəran"dan rəsmən ayrıldı
“Xəzər Lənkəran”ın gənc hücumçusu Ağaba…
“Xəzər Lənkəran”ın gənc hücumçusu Ağabala Ramazanov cənub klubundan rəsmən ayrılıb. Bu barədə saytımıza açıqlamasında futbolçunun özü məlumat veri:
“Bu gün “Xəzər Lənkəran”ın ofisinə getdim. Rəhbərliklə görüşdük, halallaşıb, ayrıldıq”.
Ramazanov bir neçə klubdan təklif aldığını və hələ ki konkret seçim etmədiyini bildirib: “3-4 klubdan təklif almışam. Azərbaycanda “Sumqayıt” və “İnter” məni heyətində görmək istəyir. Sonuncularla danışığımız olub və vəziyyətin düzələcəyini deyiblər. Türkiyə klublarından da məni istəyən var. Amma hazırkı vəziyyətdə ən yaxın variant “Sumqayıt”dı. Çünki onlarla ilkin danışıq da olub”.