Premyer-liqa
Lalayev: “Hakim bu qərarı verməyə də bilərdi”
Dünən Topaz Premyer Liqasının 36-cı turu çərçi…
Dünən Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində AZAL səfərdə “Neftçi” ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, matç 1:1 hesabı ilə yekunlaşıb.
İkinci hissənin gedişində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan “təyyarəçilər”i müdafiəçisi Orxa Lalayev saytımıza açıqlama verib:
“Qırmızı vərəqə aldığım epizodla bağlı bir şey deyə bilmərəm. Hakim bəlkə də, düzgün qərar qəbul etmişdi. Amma bu qərarı verməyə də bilərdi. Mən birbaşa ayağa müdaxilə etməmişdim. Artıq nə desəm, xeyri yoxdu. Ümumi götürsək, mövsüm mənim üçün uğurlu keçmədi. Komandama çox kömək edə bilmədim. İnşallah, burada qalıb, gələcəkdə AZAL-a daha çox kömək edərəm. Komandada qalıb-qalmayacağım yaxın günlərdə bilinəcək”.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…