Ölkə futbolu
“Xəzər Lənkəran” Tomiçi yalançı çıxardı
“Xəzər Lənkəran”ın xorvatiyalı qapıçısı Vy…
“Xəzər Lənkəran”ın xorvatiyalı qapıçısı Vyekoslav Tomiç saytımıza müsahibəsində bir sıra maraqlı fikirlər səsləndirib. Amma cənublular onun dediklərini qəbul etmir, hətta futbolçunun maaşının digərləri ilə müqayisədə vaxtından əvvəl ödənildiyini iddia edirlər.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu isə Tomiçin dediklərinin tərəfimizdən təhrif olunduğunu düşünür: “Tomiçin açıqlamasında təhrif olunan ifadələr var. “Sənə klubun maaşını verməsə, qayıdarsanmı” sualına qolkiperin cavabi belədi: “Dəli deyiləm ki,belə oldugu halda qayıdım”. Ola bilər ki, həmkarımız onun cavabını tam anlamayib.Tomiç neçə vaxtdı ki, vətənində mualicə olunsa da, onun son maaşı da hesabına köçürülüb. Bunu onun özundən də soruşa bilərsiz. Ümid edirik ki, xüsusən əcnəbi futbolculardan alınan müsahibələrdə həmkarlarımız bir az diqqətli olacaqlar”.
Doğrusu, bu məsələdə “Xəzər Lənkəran” tərəfinin haqlı olduğuna inanmaq istəyirik və ümid edirik ki, belədi. Çünki bu gün bütün borcların ödənildiyinə dair xəbərlər almışıq və yəqin ki, xorvat qolkiper də maaşını alıb. Amma Tomiçin açıqlamasında hansısa təhrifə yol verməmişik, ortada yazışmanın surəti var, kiminsə bizə jurnalistlka dərsi keçməsinə də ehtiyacımız yoxdu. Səhv də deyibsə, elə deyib. Yalançıdısa, bu yalanına görə Tomiçi cərimələmək lazımdı.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…