Bizi izləyin

Ölkə futbolu

Əhməd Ələsgərova növbəti biganəlik

Yaşım və iş təcrübəm Əhməd Ələsgərov haqqında daha do…

blank
Yaşım və iş təcrübəm Əhməd Ələsgərov haqqında daha dolğun cümlələr yazmağa imkan vermir. Çünki əfsanəvi məşqçi ilə canlı ünsiyyətdə olmamışam, onu görməmişəm. Əvəzində ona qarşı biganəliyi, laqeyidliyi görmüşəm. İlk dəfə Ələsgərov haqqın rəhmətinə qovuşanda, daha sonra isə bu gün AFFA-nın inzibati binasında keçirilən anım mərasimində…
 
AFFA sağlığında Ələsgərova qiymət vermədi. Maestro canını Allaha tapşıranda da assosiasiyanın ona qarşı biganəliyi davam etdi – dəfn mərasiminə sanballı adam göndərmədi, nəşinin doğulduğu paytaxt Bakıya gətirilməsi təşəbbüsü ilə çıxış etmədi. Yalnız, mətbuatın basqısından sonra müəyyən addımlar atıldı ki, onda da artıq gec idi.
 
Müsəlman diyarında doğulan Əhməd müəllim xristian adət-ənənəsi ilə son mənzilə yola salındı. Nəhayət, bu gün AFFA 79 yaşında dünyasını dəyişən Ələsgərova anım mərasimi keçirdi. Düşündük ki, əfsanəfi çalışdırıcı layiq olduğu şəkildə anılacaq. Təəssüf ki, bu dəfə də dəyişən heç nə olmadı. Yenə biganəlik, yenə laqeyidlik, yenə, yenə, yenə…
 
Tədbirdə iştirak edən 2 media nümayəndəsindən biri də bəndəniz idi. Yolda tıxac olduğu üçün anım mərasiminə 2 dəqiqə gecikdim. AFFA-nın binasının girişində sağ tərəfində yerləşən, mərasimin keçirildiyi zala daxil olmazdan öncə bir anlıq dayandım. Təəccüb içində qaldım. Girişində düzülmüş müxtəlif növ şirniyyatları, şirələri görüncə düşündüm ki, kiməsə doğum günü keçirilir və ya hansısa komitənin iclasıdı. Geri qayıdırdım ki, tanımadığım biri mənə “qardaş, tədbir burdadı” dedi. İçəri daxil oldum.
 
Anım mərasimi Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin çıxışı ilə başladı. O, Rüstəm Rəhimovla birgə Ukraynaya ezam olunmaları, mərhumun dəfn mərasimində iştirak etmələri barədə danışdı. Daha sonra isə Çingiz İsmayılov, Bəşir Əliyev, Vaqif Sadıqov, Böyükağa Hacıyev, Ağasəlim Mircavadov, Fuad Tağızadə, Nağı Babayev kimi futbolumuzun veteranları Ələsgərovla bağlı xatirələrini bölüşdü. Hətta vaxtı ilə onun rəhbərliyi altında çıxış edən İsgəndər Cavadov mərhum haqda danışarkən kövrəldi.
 
Heç bir televiziya kanalının dəvət olunmadığı, media nümayəndələrinin diqqət göstərmədiyi, AFFA rəhbərliyinin iştirak etmədiyi tədbir bir dəqiqəlik sükutla başa çatdı. Bəli, bəli, tədbir bir dəqiqəlik sükutla başa çatdı. Anım mərasimini o qədər başdansovda yola verdilər ki, mərhum tədbirin əvvəlində yox, sonunda yada düşdü.
 
Düzdü, bu gün AFFA rəhbərliyi İsveçrənin Sürix şəhərində keçirilən FİFA-nın prezident seçkilərində iştirak edir. Halbuki, tədbir birbaşa onların başçılığı altında keçirilməli idi! Bu sahədə çalışanlar rəhbərliyin qorxusundan, orada görünmək üçün zalı dolduracaqdılar. Belə olsaydı, tək qalan Mikayıl Nərimanoğlu AFFA-nın əksər işçilərini anım mərasiminə gətirmək məcburiyyətində qalmazdı. Bundan başqa hazırda Bakıda olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin də anım mərasimində iştirak etməməsi onun adına böyük qəbahətdi.
 
“Neftçİ”nin “xalq komandası” adını qazanmasında müstəsna pay sahibi olmuş Əhməd Ələsgərovun anım mərasimində “ağ-qaralar”ın rəhbərliyindən heç kimin qatılmaması tək mərhuma yox, bütövlüklə Azərbaycan futboluna qarşı təxribatdı. Çünki Maestroya qarşı “Neftçi”nin bu münasibətindən sonra gənc futbolçuların nəvaxtsa hörmət görəcəklərinə son ümid çırağı da söndü.
 
Tədbir başa çatanda hər kəs zalı tərk etdi. Yarım saatlıq anım mərasimində boğazı quruyanlar çöldə düzülmüş şirniyyatlardan daddı, şirələrdən içdi. Ələsgərovun başçılığı altında çıxış etmiş və onun haqqında danışarkən kövrələn İsgəndər Cavadovun çöpə düzülmüş üzüm dənələrini sanki şişdəki kabab kimi dişinə çəkməsini həqiqətən də görməyə dəyərdi. Üzüm doğrudan da qüvvətverici vasitədi. Deyəsən, Cavadov kövrələrkən çox sarsılmışdı…
 
Allah sənə rəhmət eləsin, əfsanəvi Əhməd Lətifoviç! Adın qızıl hərflərlə futbolumuzun tarixində və ürəklərimizdə, məzarın isə Odessada qalacaq.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


Ölkə futbolu2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Premyer-liqa2024-04-21 17:33

“Kəpəz” “Sabah”a uduzur – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm