Ölkə futbolu
İsveçlilərdən Nurlan Novruzov açıqlaması
“Bakı”nın futbolçusu Nurlan Novruzovun adı &ldqu…
“Bakı”nın futbolçusu Nurlan Novruzovun adı “Hammarbü” ile hallanması haqqında bir müddət öncə yazmışdıq. Futbolinfo.az xəbər verir ki, artıq İsveç klubundan məsələyə reaksiya gəlib.
Belə ki, klubun idman dirketoru Mats Jinqblad açıqlamasında məsələyə belə münasibət bildirib: “Mən bu xəbəri elə yerindəcə təkzib edə bilərəm. Çünki bu adda oyunçu eşitməmişəm. Düzdü, biz yenə də çalışırıq ki, komandanı gücləndirək. Amma yenə də deyirəm, mən belə bir futbolçunu tanımıram.
Qeyd edək ki, Novruzov cari mövsümdə vurduğu 15 qolla çempionatın bomardiri olub.
Maraq üçün bildirək ki, Novruzov bir müddət öncə saytımıza açıqlamasında “Hammarbü” üçün İsveçə gedəcəyini təsdiqləmişdi. Maraqlıdı, görəsən, isveçlilər bilərəkdən təkzib verib, manevrmi etmək istəyirlər?
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…