Dünya futbolu
“Spartak” Yakını göndərdi
Rusiya “Spartak”ı türk əsilli isveçrəl…
Rusiya “Spartak”ı türk əsilli isveçrəli baş məşqçi Murat Yakınla yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun internet saytı məlumat verib.
Moskva təmsilçisi təcrübəli mütəxəssislə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib. Yakın gedişini belə şərh edib: “Uzun söhbətlərdən sonra başa düşdüm ki, klubun strategiyası başqadı. Mən onlara mane olmaq istəmədim. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, komandada qalsaydım gələn mövsüm daha uğurlu olacaqdı".
Qeyd edək ki, “Spartak” bu mövsüm Rusiya çempionatında 6-cı pillədə qərarlaşaraq avrokuboklara vəsiqə qazana bilməyib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq