Ölkə futbolu
“Qarabağ” yenidən “Zalsburq”la qarşılaşa bilər
Bu il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək &ld…
Bu il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri məlum olub. Futbolinfo.az xəbər verir ki, ağdamlılar bu mərhələdə səpələnmişlər qrupunda yer alacaq və ilk mərhələdəki rəqibi reytinqcə özündən aşağı olan bir komanda olacaq.
Təmsilçimizin potensial rəqibi bunlardı: “Skenderbeu”(Albaniya), “Sarayevo” (Bosniya), “Ventsplis” (Latviya), “Dila” (Gürcüstan), “Trençin” (Slovakiya), “Jalgiris” (Litva), “Astana” (Qazaxstan), “Milsami” (Moldova), "Levadiya" (Estoniya), “Rudar” (Çernoqoriya), “Vardar” (Makedoniya), “Styarnan” (İslandiya), "Santa-Koloma" (Andorra), “Fola” (Luksenburq), “Dundalk” (İrlandiya), “Hibernians” (Malta) və 1-ci təsnifat mərhələsinin 4 qalibi.
Əgər Ermənsitan çempionu “Pünik” ilk mərhələni adlayarsa, UEFA-nın qərarına əsasən bu komanda bizə rəqib ola bilməz. Təmsilçimiz növbəti – 3-cü təsnifat mərhələsinə adlayacağı təqdirdə isə səpələnməmişlər qrupunda olacaq. Burada isə son çempionumuzu daha güclü rəqiblər gözləyir. Belə ki, bu mərhələdə potensial rəqiblərimiz arasında “Bazel”, “Zalsburq”, “Viktoriya Pilzen” və s. bu kimi güclü rəqiblərlə qarşılaşa bilər.
Qeyd edək ki, ötən il də ölkəmizi ÇL-da təmsil edən “atlılar” 2-ci təsnifat mərhələsində Maltanın “Valleta” klubunu sıradan çıxarsa da, növbəti mərhələdə məhz “Zalsburq” səddi keçilməz olmuşdu.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…