Bizi izləyin

Müsahibə

Elxan Məmmədovdan qəribə açıqlama: "Əsas Avroliqada iştirakdı, nəticə deyil" 

"Bakcell" şirkəti və AFFA-nın birgə təşkilatç?…

blank
"Bakcell" şirkəti və AFFA-nın birgə təşkilatçılığı ilə mayın 7-dən 24-dək Qax və Xaçmaz rayonlarında, habelə Gəncə, Sumqayıt və Bakı şəhərlərində “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlər keçirilib. Futbolinfo.az xəbər verir ki, seleksiya prosesində fərqlənmiş 8-12 yaş arası 2 qapıçı olmaqla 34 uşaq iyunun 1-dən 5-dək Bayıl stadionunda “Mançester Yunayted” Yay Futbol Məktəbinin təlim-məşq toplanışında iştirak edəcək. Bu gün saat 12:00-da "Bayıl Arena"da “Mançester Yunayted” Yay Futbol Məktəbi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə brifinq keçirilib. Brifinqdə baş katib əvvəlcə giriş sözü ilə bunları qeyd edib: 
– Əsas odu ki, seleksiya işləri təkcə Bakıda deyil, bölgələrdə də təşkil olunur. Ən yaxşılar isə 1 həftə ərzində təlim-məşq toplanışlarında iştirak edir. Artıq üçünçü ildi ki, uşaqlar Mançesterə gedəcəklər. Hər bir uşağın ən böyük arzusu böyük bir futbol klubunun təlim-məşq toplanışına qatılmaqdı. Ən cəlbedici amil budu. Ona görə də ildən-ilə maraq artır. İnanıram ki, növbəti il bizdə  artıq 1000-dən çox uşaq iştirak edəcək. "Mançester Yunayted" kimi böyük bir brendin Azərbaycanda olmağı müsbət haldı.  
– Artıq üçüncü ildi ki, bu layihə tətbiq olunur. Siz bu müddət ərzində həmin uşaqların taleyi ilə maraqlanmısız? Onlar qayıdandan sonra sonu necə olur?
– Bildiyiniz kimi, seleksiya işləri 8-12 yaşlı uşaqlar arasında keçirilir. Bəzi uşaqlar elə bölgələri təmsil edirlər ki, orda heç peşəkar futbol klubu mövcud deyil. Lakin biz çalışırıq ki, həmin uşaqlar gerid döndükdən sonra peşəkar futbol klubunun nəzdində olan uşaq komandalarında yer alsın. 
– Bu layihənin Gəncə və digər regionlarda da yaradılması gələcəkdə nəzərdə tutulubmu?
– Bəli, biz bunu "Bakcell" şirkəti ilə müzakirə etmişdik. Düşündük ki, biz ilk növbədə 2-3 il ərzində Bakıda bunu təşkil edək. Baxaq ki, proses necə gedir. Artıq 3 ildi ki, seleksiya işləri regionlarda, o cümlədən Gəncədə keçirilir. Təbii ki, gələcəkdə istəyirdik ki, filial olaraq "Mançester Yunayted" məktəbi Bakıdan başqa, digər böyük şəhərlərimizdə də açılsın.
– Bu amil "Mançester Yunayted"ə gedəcək uşaqların sayına təsir edəcəkmi? Yəni artacaqmı?
– İstəyərdik ki, ildən-ilə artsın. 3 ildə 5-6 uşaq Mançesterə gedib. Gələcəkdə bu sayın 10-15 arası olmasını istərdik. Lakin bunu 1-2 ildə etmək çətindi. 
– Zlatan İbrahimoviçin Azərbaycana gəlişinin səbəbi artıq məlumdu. Mənə maraqlıdı, İbrahimoviçin Bakıya gəlməsi ilə bağlı AFFA hansısa layihə və yaxud görüş təşkil etmək olardımı?
– Məsələ ondadı ki, bizə də dünən xəbər gəldi. Təbii ki, həmin andan etibarən çoxsaylı zənglər gəlməyə başladı. Zəng edənlər sual verirdilər ki, olarmı gələk AFFA-ya, Zlatanla şəkil çəkdirək…  Bizim öncədən xəbərimiz olsaydı, təbii ki, bundan istifadə edib, hansısa tədbir və ya layihə təşkil edərdik. Onu da nəzərə alaq ki, Bakı şəhəri Avropanın idman mərkəzinə çevrilib. Artıq normal haldı ki, hansısa futbol ulduzu Azərbaycana gəlib. Kimsə dincəlməyə, kimsə öz dostlarını görməyə, kimsə iş üçün gəlir. Bu o demək deyil ki, biz elə hər gələn ilə hansısa layihə həyata keçirək. Ona görə də bunlara normal baxmağın vaxtı gəlib. Çünki bildiyiniz kimi, Bakı-2015 üçün Azərbaycana 6000-dən çox idmançı gələcək. Təbii ki, onlar arasında futbol ulduzları olacaq. İnanıram ki, növbəti illərdən etibarən daha çox ulduzlar Bakıya təşrif buyuracaq. Bildiyim qədər, Zlatan 2-3 günlük dincəlməyə gəlib. Ona görə də təzyiq altına qoymaq bir qədər düzgün olmaz. 
– Avropa Oyunlarının proqramında olan çimərlik futbolu ilə bağlı Bakıya gələcək qonaqlar arasında ulduzları görə biləcəyikmi? Yəni konkret adlar varmı? 
– Bilirsiz, bir neçə ölkədən bizlərə müraciətlər gəlib. İspaniya, İtaliya yığması burda oynayacaq. Ola bilər ki, komanda ilə birlikdə Bakıya ulduz futbolçulardan kimlərsə gəlib, öz millilərini dəstəkləsinlər. Çünki artıq yay mövsümünə girmişik. 
– Bu günlərdə FİFA prezidentliyinə növbəti seçkilər keçirildi. Siz də həmin tədbirdə iştirak etdiz. Bu dəfə əvvəlki illərlə müqayisədə daha gərgin keçdi. Söz-söhbət də çox oldu. Maraqlıdı, AFFA rəhbərliyi kimi dəstəklədi?
– İlk növbədə AFFA rəhbərliyi futbolun inkişafına dəstək oldu və seçim etdi. Bəli, gərgin keçdi. Ona görə ki, artıq FİFA prezidentliyinə namizədlərin sayı çoxalıb. 4 il bundan əvvəlki seçkilərlə müqayisədə bu dəfə 4 namizəd vardı. Artıq 1 həftə əvvəldən digər namizədlər öz namizədliyini geri götürdülər. Bu üzdən gərginlik artdı. Lakin səsvermələrdən sonra cənab Blatter qalib oldu və o, növbəti illərdə də FİFA-nın prezidenti olacaq. 
– Bir çox ölkələr kimin tərəfində olmalarını artıq bildirirlər. Maraqlıdı ki, siz ad çəkmək istəmirsiz. 
– Ölkələr var ki, rəsmi dəstək göstərirlər. Yəni hansısa namizədin birbaşa kompaniyasının daxilində idilər. Ona görə də onlar əvvəlcədən eyni namizədə dəstək olublarsa, ad deməlidilər. Biz isə yenə deyirəm, futbolun inkişafına səs vermişdik. Biz ad açıqlamaq istəməzdik.
– Seçimdən bir gün qabaq UEFA-nın prezidenti Mişel Platini açıqlama verdi ki, Avropa ölkələri Blatterin əleyhinə gedəcək. Biz Platininin fikri ilə getdik, yoxsa yox?
– Təkrar edirəm, bizim öz fikrimiz var. Təbii ki, bizim UEFA ilə eyni layihələrimiz var. UEFA-nın, eyni zamanda FİFA-nın da üzvüyük. Biz də qərarımıza uyğun səsimizi verdik. 
– Seçimdən 1 gün əvvəl Platini Avropa nümayəndələrinə müraciət edib ki, Blatterin əleyhinə səs verin. AFFA-ya belə bir müraciət gəlib, ya yox?
– Bilirsiz, biz hər zamankı kimi iclasda iştirak etmişdik. Konfrasdan öncə Avropa futbol ailəsi yığışdı və müzakirələr apardı. Orada tək seçkilər yox, maliyyə hesabatları, həmçinin Fələstin və İsrail mövzusu da müzakirə olundu.  Maliyyə ilə bağlı heç bir suallar olmadı. Bu da onu göstərir ki, futbol, başqa sözlə FİFA dünyada stabil bir təşkilatdı. İldən-ilə  gəlirini artırır. Platini heç kimdən xahiş etməmişdi ki, Blatterin əleyhinə səs versin. 
– Hamıya maraqlıdı ki, qarşıdakı günlərdə "İnter"in vəziyyəti necə olacaq? Azərbaycanın ən güclü klublarından olan "İnter" avrokuboklarda iştirak edəcəkmi? Bu hadisələrə "Simurq"u da əlavə etsək, növbəti mövsüm vəziyyət necə olacaq?
– "İnter" Premyer Liqada oynamalı və avrokuboklarda iştirak etməlidi. Bunu nəzərə alaraq, Georgi Nikolovla görüşümüz oldu. Klub prezidenti ilə 1 saat söhbətimiz oldu. O mənə bildirdi ki, "İnter" mütləq avrokuboklarda iştirak edəcək və azərbaycanı layiqincə təmsil edəcək. Təbii ki, nəticədən söhbət getməyəcək. Söhbət iştirakdan gedir. Bildirdi ki, qısa müddətdə heç bir problem olmayacaq. Ancaq biz başa düşürük ki, uzun müddətdən sonra klubda problemlər olacaq. Ona görə də danışıqları 2 hissəyə bölməliyik: qısa və uzun müddətli. "İnter" hər zaman çempionatda yuxarı pillələr uğrunda oynayıb. Belə bir komandanı itirmək yaxşı hal olmaz. Artıq bir neçə klubumuzu itirmişik. Çalışmalıyıq ki, bundan sonra analoji hallar təkrarlanmasın. Azərbaycanda 2000-ci illərdən bu yana peşəkar klublarımızın sayında azalma müşahidə olunur. Komandalar iştirak edir, bir neçə ildən sonra yox olur. Birinci diviziona, bəziləri həvəskarlar liqasına düşürlər. Biz təmin etməliyik ki, hazırkı peşəkar klublarımızın minimum 80 faizi Premyer Liqada iştirak etsin. Bu problemlər təkcə bizdə deyil. Müxtəlif ölkələrdə də var. Bəzilərində sual yaranır ki, komandaların sayı niyə 14-dən 10-na düşdü. Maliyyə durumunu nəzərə almaq lazımdı. Görünür ki, onlarda maliyyə durumu stabil deyil. Arzumuz o idi ki, klublarımızın sayı 12 olsun.
– AFFA konkret olaraq klublardakı hazırkı maliyyə problemləri ilə bağlı nə etməlidi? Başa düşürük ki, AFFA klubları saxlayası deyil, sponsorlar tapası deyil. Amma hər halda nəsə plan cızmaq olarmı?
– Təbii ki, bununla bağlı AFFA-da hazırlıq işləri başlanılıb. "İnter" və "Simurq"un çətin maliyyə vəziyyətini biz martın sonlarında bildik. Yəni 2 ay bundan öncə xəbər tutduq. İlk aylarda hər iki klubun rəhbərliyi bizə bildirirdi ki, heç bir problem olmayacaq. Buna görə biz daha rahat idik. Ancaq sonradan göründü ki, problemlər var və bunlar uzun müddət çəkə bilər. artıq biz də sponsorlar, partnyorlar, müxtəlif icra hakimiyyətləri ilə danışıqlara start vermişik.
 
– Klublarımızdakı maliyyə problemlərini qeyd etdiz. Bir məsələyə münasibət öyrənmək istərdik. Son vaxtlar yayılan söz-söhbətə görə dövlət klublara 1 milyon yarım pul ayıracaq. Bu nə dərəcədə doğrudu?
– Bildiyiniz kimi, 10 illik dövlət proqramı yekunlaşıb. Bu il sondu. Hesabatı dövlətə təqdim etdik. Artıq yeni proqramın layihəsi hazırdı. Müxtəlif təşkilatlarla danışıq aparırıq. Məsləhətləri də nəzərə alırıq. Ümid edirik ki, gələcəkdə yeni bir proqram tətbiq olunacaq. Biz 10 il planlaşdırmışıq. Lakin dövlətin tövsiyə və məsləhətlərini də nəzərə almaq lazımdı. Orada maliyyə məsələləri haqda heç bir söhbət getmir, konkret rəqəm açıqlanmır. 
– Bayaq qeyd etdiniz ki, "İnter" rəhbərliyi bildirirdi ki, vəziyyət düzələcək. Amma dəyişən bir şey yoxdu. Bunlar hamısı bir sözdü. Hazırda "İnter" yox səviyyəsindədi. Klub rəhbərliyinin sözünün üstündə dura bilməməsi AFFA-nı Avropada pis vəziyyətdə qoymaz ki?
– Bu amil təkcə AFFA-nı yox, Azərbaycan futbolunu pis vəziyyətə qoya bilər. Bunlar həvəskar futbol klubları deyil. "İnter" rəhbərliyi deyirsə ki, biz avrokuboklarda iştirak edəcəyik, deməli biz bu sözlərə inanmalıyıq. Çünki orada peşəkar insanlar işləyir. Bizim onlardan sübut iztəməyimiz düzgün çıxmaz. Mütəmadi olaraq "İnter" və "Simurq" rəhbərliyi ilə əlaqə yaradırıq.  hazırda "İnter" daha vacibdi. Çünki Avropada ölkəmizi təmsil etməlidi. Təbii ki, "Simurq" da vacibdi. Bölgəni təmsil edir, infrastrukturası var. 
– Elxan Məmmədov sabahkı ölkə kubokunun finalında kimi favorit görür? "Qarabağ", yoxsa "Neftçi"?
– "Neftçi"də hazırda islahatlar gedir. Düşünürəm ki, "Neftçi"nin stimulu daha çox olmalıdı. Çünki çempionluq əldən gedib. Lakin "Qarabağ" son 2 ildə çox yaxşı futbol nümayiş etdirir. Azərbaycan mütəqilliyini elan etdikdən bu yana ən güclü komanda yaradılıb. Təbii ki, ağdamlıların da şansı çoxdu. Çox çətin görüş olacaq. 
– Ümumiyyətlə, birinci diviziondan Premyer Liqaya nə vaxtdan klublar öz qaydasında yer tutaraq vəsiqə qazanacaq? İlk 2 yeri tutanlar nə vaxt elitada çıxış edəcək? Bu problem haçan həll olunacaq? Yəni klublar mövsümə həvəslə başlayırlar, sonda isə aydın olur ki, nahaq yerə zəhmət çəkiblər…
– Çox yaxşı sualdı. Bizdə belə bir fikir yaranıb ki, komanda çempionatda birinci yeri tutdusa, deməli avtomatik Premyer Liqada iştirak etməlidi. Belə deyil. Elitaya çıxan klub peşəkar olmalıdı. Biz neçə ildi ki, lisenziyalaşdırma prosesini tətbiq etməyə başlamışıq. Lisenziyalaşdırma da 1 günlük iş deyil. 7-8 ay ərzində bizim əməkdaşlarımız UEFA ilə birgə həmin proseslərdə iştirak edib. Sirr deyil ki, klubları cəzalandırırlar. Biz də maliyyə stabilliyini yaratmaq istəyiriksə, klublarda mütləq peşəkarlıq olmalıdı. İnandırım ki, stabillik olsa, ilk yeri tutan komanda Premyer Liqada sonuncunu əvəz edə bilər. 
– Əsas milli dünən Avstriyaya yollandı. U-21-in də əsas yığma ilə Avstriyaya yollanacağı və Çexiya ilə yoxlama görüşü keçirəcəyi planlaşdırılmışdı. Lakin sonradan planda dəyişiklik oldu. Bunu son zamanlar bizdə yaşanan maliyyə problemləri ilə əlaqələndirirlər…
– Avstriyaya getmək üçün vəsait lazımdı. Düşündük ki, Danimarkaya gedək  və Kopenhagendə təlim-məşq toplanışı keçirək. Kopenhagendə də hansısa klubla yoldaşlıq görüşü istədik. Yəni plandakı dəyişiklik bununla bağlıdı. 
– Yığmamızdan Serbiya və Norveçlə oyunlarda nə gözləmək olar?
– Serbiya ilə yoldaşlıq görüşü keçirəcəyik. Bu yığma komandalara qarşı Prosineçkinin ilk oyunudu. Əsas məqsəd mövsüm bitdikdən sonra futbolçuların bir daha yoxlanılmasıdı. Norveçə gəlincə, məqsəd səfərdən 3 xalla dönməkdi. Hazırda 3 xalımız var. Bu da azdı. Məqsədimizə çatmaq üçün Osloda qələbə qazanmalıyıq. 
Milliyə yeni dəvət olunmuş Pavel Paşayev yığmamıza nə verə bilər?
– Paşayev ilk dəfə milliyə dəvət olunub. Artıq 3 ay ərzində Prosineçki də Pavellə bağlı məlumat alıb və bəzi oyunlarını izləyib. Hər şey futbolçudan asılıdı. Məşqlərə peşəkar yanaşmalıdı. 
– Əsas yığmamızla bağlı növbəti yoldaşlıq görüşləri kimlərlə olacaq? 
– Danışıqlar gedir. İyulun 25-də DÇ-nin püşkatması olacaq. Ona uyğun da biz hansısa yığma ilə danışacağıq.
TAHİR MƏMMƏDOV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Digər idman növləri2024-04-11 17:00

Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm