Ölkə futbolu
"İnter"də baş məşqçi postuna 4 namizəd: 2 gürcü, 2 yerli
Avropa Liqasında iştirakı dəqiqləşən Bakı "İnter"in…
Avropa Liqasında iştirakı dəqiqləşən Bakı "İnter"inin baş məşqçisi məsələsinə yaxın günlərdə aydınlıq gələcək. Futbolinfo.az xəbər verir ki, bu posta 4 namizəd var.
Bunu saytımıza açıqlamasında klubun prezidenti Georgi Nikolov bildirib. Bolqarıstanlı funksioner uzağa boylanmadıqlarını dilə gətirib: "Vaxtilə Kaxaber Sxadadzenin köməkçisi işləmiş, son illərdə isə "Simurq"un "sükanı arxasında” dayanan George Çixradze hələ ki, bizə son cavabını verməyib. Sxadadzenin köməkçisi Zaur Svanadzeyə də komandanı qəbul etməyi təklif etmişik. Əgər bu iki variantın heç biri baş tutmasa, yerli kadrlara müraciət olunacaq. Söhbət əvəzedici heyətlə çalışan Rüstəm Əliyev və ya Pro kateqoriyasına sahib Elşad Quliyevdən gedir. Onlar cari mövsümdə özlərini ən yaxşı tərəfdən göstərdilər. Komandanı ağır durumda qoyub qaçanlardan fərqli olaraq, əsl fədakarlıq göstərdilər".
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı