Ölkə futbolu
“Qarabağ” və “Neftçi”: veteranlar sülhə razılaşdı
Bu gün “Qəbələ” şəhər stadionunda “Qaraba…
Bu gün “Qəbələ” şəhər stadionunda “Qarabağ” və “Neftçi” veteranları arasında görüş keçirilib. Futbolinfo.az xəbər verir ki, matçda 1996-cı il Azərbaycan kubokunun finalında oynamış veteranlar üz-üzə gəlib.
Belə ki, həmin il olduğu kimi, yenə də qarşılaşmanı sabiq hakim Tahir Süleymanov idarə edib. Ona Sabir Hacıyev və Azad Hüseynov köməklik ediblər.
Qarşılaşmada aşağıdakı futbolçular meydana çıxıb:
"Qarabağ": Cəmaləddin Əliyev, Səttar Əliyev, Elşad Əhmədov, Aslan Kərimov, Təbriz Həsənov, Vadar Nuriyev, Emin Salmanov, Yaşar Hüseynov, Tərlan Əhmədov, Müşfiq Hüseynov, Nazim Əliyev, Elmir Xankişiyev, Elşad Xudadatov, Zaur Qarayev, Mahir Əliyev, Kənan Kərimov, Mehman Alışanov.
Baş məşqçi: Ağasəlim Mircavadov.
“Neftçi”: Elxan Həsənov, Arif Əsədov, Mehman Yunusov, Vidadi Rzayev, Mais Əzimov, Rasim Abuşov, Yaşar Vahabzadə, İlham Məmmədov, Samir Ələkbərov, İlham Yadullayev, Aydın Ələkbərov, Füzuli Məmmədov, Xaqani Məmmədov, Əli Abuşov, Bəxtiyar Musayev.
Baş məşqçi: Böyükağa Ağayev.
Baş məşqçi: Böyükağa Ağayev.
Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb. Qolları “Neftçi”dən Xaqani Məmmədov, “Qarabağ”dan isə Kənan Kərimov vurub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı