Bizi izləyin

Ölkə futbolu

Finaldan öncə nostalji dolu “final”

Artıq bu gün ölkə kubokunun finalında "Qarabağ&quot…

blank
Artıq bu gün ölkə kubokunun finalında "Qarabağ"la "Neftçi" qarşılaşacaq. Azərbaycan derbisi ilk dəfə Qəbələdə baş tutacaq.
 
Onsuz da bu matçı izləmək və işıqlandırmaq üçün bölgəyə səfər etməyi planlaşdırırdıq. Amma Peşəkar Futbol Liqasının təşəbbüsü lap yerinə düşdü. Belə ki, qurumun jurnalistlərin səfərini təşkil etməsindən sonra əlavə xərcə düşməyimizə ehtiyac qalmadı.
 
PFL oyunu işıqlandırmaq istəyən jurnalistlərin Qəbələyə səfərini bir gün öncədən təşkil etdi. Avtobus səhər tezdən AFFA-nın inzibati bunasının qarşısından yola çıxdı və təxminən 5 saatdan sonra mənzil başına çatdıq. Final matçından bir gün öncə bu bölgəyə gəlməyimizin isə səbəbi vardı…
 
İlk olaraq, nahar üçün "Soyuq Bulaq" istirahət mərkəzinə getdik. Burada xidmət o qədər ürəkaçan olmasa da, lap pis də deyildi. Həm də biz axı, bura dincəlməyə yox, işləməyə gəlmişik. Təəssüf ki, işləmək üçün də şərait yerləşdiyimiz "Karvansaray" otelində məhdud idi. Yaxşı ki, müraciətimizdən sonra internetlə bağlı problem yoluna qoyuldu.
 
…O ki qaldı Qəbələyə bir gün öncə gəlməyimizin əsas səbəbinə, hər şey PFL-in final matçını yaddaqalan etmək üçün göstərdiyi səyə bağlı idi. Qurum kubokun həlledici görüşünü bayrama çevirmək məqsədi ilə bir sıra tədbirlər planlaşdırır ki, onlardan birincisinə artıq şahidlik etdik. Belə ki, dünən iki klubun veteranları arasında görüş reallaşdı.
 
Açığı, stadionda boş tribunaları gördükdə təəccübləndim. Hətta həmkarlarınızdan kimsə "yəqin oyun başqa meydançada keçiriləcək" dedi. Həqiqətən, belə oyuna marağın az olması çox təəssüfləndirici məqam idi. Axı, meydana sıradan futbolçular yox, 19 il əvvəlki finalın iştirakçıları çıxmışdı. Həmin futbolçular ki, onları bir yerə yığmaq üçün PFL çox əziyyət çəkmişdi. Almaniyada yaşayan İlham Məmmədovu, Rusiyada olan Rasim Abışovu, eləcə də ölkədə müxtəlif yerlərdə və fərqli statusda olan sabiq futbolçuları Qəbələyə toplamaq asan deyildi. PFL isə bunun öhdəsindən gəlmişdi və buna görə qurumun bütün işçilərinə alqış düşür.
 
Təbii ki, oyuna marağın az olmasında əsas günahkarlar klublar idi. Bayrama rəng qatmaq üçün “Neftçi”ylə “Qarabağ” heç nə etməmişdi. Onlar ən azı rəsmi fan-klublarını bir gün əvvəldən bölgəyə gətirməyə, oyunda klub rəsmiləri səviyyəsində təmsil olunmağa borclu idilər. Ancaq görünür, tarixi unutmağı və bugünlə yaşamağı daha məqsədəuyğun bildilər.
 
Bu laqeydliyə baxmayaraq, nostalji hisslərlə izlədiyimiz oyun yaxşı keçdi. Sabiq FİFA referisi Tahir Süleymanovla köməkçilərinin də cavanlığını yada saldığı matçı canlı efirdən izləyənlər də təsdiq edər ki, veteranlar gözəl futbol sərgiləməyə çalışdılar. Yaş öz sözünü sürətdə, dinamikada mənfi tərəfdən desə də, ustalıq ən üst səviyyədə idi.
 
İlk hissədə hesab açılmasa da, fasilədən sonra “Neftçi” ilk qolu vurdu. Xaqani Məmmədovun qolundan sonra cavab üçün irəli atılan ağdamlılar bərabərlik topu üçün çox əziyyət çəkdilər. “Qarabağ”a gah qeyri-dəqiqlik, gah da indi Ağdam klubunda işləyən qapıçı Elxan Həsənovun əla oyunu mane olurdu. O, hətta rəqibin penalti zərbəsini də qaytara bildi. Lakin matçın son dəqiqəsində o da rəqibin fərqlənməsinə "şərait yaratdı". Beləcə matç 1:1 hesablı bərabərliklə başa çatdı.
 
Oyundan sonra sabiq futbolçular təşkilatçılara bu cür oyun təşkil etdiyinə görə təşəkkürlərini bildirdi. Elə PFL prezidenti Ramin Musayev də AFFA rəhbəri Rövnəq Abdullayevə minnətdarlığını dilə gətirdi. Onu da qeyd edək ki, Ramin bəy matç boyunca "Neftçi"yə azarkeşlik edirdi. Bunu PFL rəhbərinin emosiyalarından da hiss etmək mümkün idi. Bundan başqa, Musayev hər iki komandanın soyunub-geyinmə otağına girib bütün futbolçulara öz təşəkkürünü bildirdi.
 
Bu matçdan sonra əsas komandaların – bu gün finalda qarşılaşacaq rəqiblərin baş məşqçilərin iştirakı ilə media nümayəndələri üçün mətbuat konfransı oldu. Konfransın ardınca komandalar qapalı məşqə çıxdılar.
 
Bugünkü oyunadək və matç ərzində də bir sıra sürprizlər olmalıdı. PFL hər nə qədər planlarını gizli saxlasa da, ciddi işlər getdiyi dəqiqdi. Ümid edirik, oyun zamanı da problem ortaya çıxmaz, güclü qalib gələr və bayram əhval-ruhiyyəli günlər eyni qaydada da yekunlaşar.
 
ELMAR ABDULLA-ZADƏ, Qəbələ
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Ölkə futbolu2024-04-23 12:48

Yapon futbolçu: “Avrokuboklara gedə bilərik”

blank
Ölkə futbolu2024-04-23 12:31

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm