Dünya futbolu
Buffon: "Messini yerə endirəcəyik"
İyunun 6-da keçiriləcək Çempionlar Liqasının final?…
İyunun 6-da keçiriləcək Çempionlar Liqasının finalında "Barselona" “Yuventus”la qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisinin qapıçısı Canlyuici Buffon final öncəsi son vaxtlar qarşısıalınmaz təsir bağışlayan Lionel Messi haqda maraqlı fikirlər səsləndirib:
"Ümid edirəm ki, iyunun 6-sı Messi Yer kürəsinə qayıdacaq və o da insan olacaq. Çünki hazırda Messi insanlarla futbol oynayan bir yadplanetlidi. Fikrimcə, "Barselona"nın hücum triosu dünyada ən güclüdü. Bu komandanın hücum gücü insana qorxu gətirir. Lakin bizdə həmin hücumların qarşısını kəsmək üçün "alətlər" var ki, dayandırmağa yetməsə də, minimum zəiflədə bilər".
Qeyd edək ki, həlledici qarşılaşma iyunun 6-da Berlində baş tutacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı