Müsahibə
Çixradzeni qovublar: "Lənkərana getməyimə qadağa qoydular" – ÖZƏL
Topaz Premyer Liqasının son turunda "Simurq"un Lənkərana…
Topaz Premyer Liqasının son turunda "Simurq"un Lənkərana getməyəcəyi barədə xəbərlər oyundan hələ bir neçə gün əvvəl dolaşmağa başladı. Klubdan isə dəqiq məlumat verən yox idi. Yalnız son anda Zaqatala klubunun əvəzedici komandasındakı fubolçular və məşçi heyətinin "Xəzər Lənkəran"la oyuna yollanacağı məlum oldu. "Sarı-qaralar"ın baş məşqçisi George Çixradze və futbolçularının bu qədər pulsuzluğa dözüb, çempionatın bitiminə 1 tur qalmış Cənuba səfər etməkdən boyun qaçırmaları müəmmalı idi.
Məsələyə aydınlıq gətirmək üçün Çixradzeyə ehtiyac duyulurdu ki, onu Gürcüstanda tapa bildik. Saytımıza verdiyi müsahibədə əsl həqiqətlər üzə çıxdı.
– 3 ay maaş almayan komandanın son tura tab gətirməyərək, Lənkərana getməkdən boyun qaçırması müəmmalı görünür…
– Kim dedi ki, biz getmək istəmirdik? Siz əsl həqiqəti bilirsiniz?

– Əsl həqiqəti bilmək üçün sizə zəng etmişik.
– Son turdan hələ bir neçə gün əvvəldən bizə bildirdilər ki, bazada qala bilmərik. Nə yemək verirdilər, nə də qalmağa icazə. Belədə, futbolçuları toplayıb, dağılışmağı tövsiyə etdim. Buna baxmayaraq, oyuna gedəcəyimizi bildirdim.

– Bəs nə mane oldu?
– Mənə zəng gəldi və deyildi ki, oyuna getməyək. Klub rəsmisi dedi ki, Lənkərana əvəzedici heyət yollanacaq. Biz artıq son tur qarşılaşmasına yollanmaq məqsədi ilə avtomobildə idik. Lakin gələn zəngdən sonra Cənuba üz tutmadıq. Zaqatala azarkeşlərinə bizə dəstək olduqları üçün minnətdarlığımı bildirirəm. Azərbaycanın çörəyini yemişəm və bunu heç vaxt unutmaram. Bir tur nə olan şey idi ki, dözməyib geri dönüm?!

– Qeyd etdiniz ki, sizə zəng gəldi. Konkretləşdirək, kim idi zəng edən və dedikləri nədən ibarət idi?
– Klubun vitse-prezidenti Fərhad Əfəndiyev. Konkret olaraq, mənə bildirdi ki, klubun prezidenti Anar Bəkirov bu cür qərar qəbul edib və bizə Lənkərana getməyə icazə verilmir. Nə etməli idim? Bu zəngdən sonra çantamı götürüb, qayıtdım Gürcüstana. Bir daha təkrar edirəm ki, komanda son tura yollanmağa hazır idi və yollanacaqdı da! Amma bizə getməyə icazə vermədilər.

AĞA
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı