Bizi izləyin

Müsahibə

Əsədov: “Neftçi”də mövsümü titulsuz başa vurursansa, getməlisən”

"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədo…

blank
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına maraqlı açıqlamalar verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
– Arif müəllim, ilk olaraq "Neftçi"yə ikinci təyinatınız barədə danışardınız.
– Mən "Neftçi" ilə daha öncə çempionluq yaşamışdım. Bu dəfə isə vəziyyət fərqli idi. Komandanı təhvil alanda artıq 3 tur keçmişdi və turnir cədvəlindəki mövqeyimiz ürəkaçan deyildi. Sonradan tədricən üst pillələrə qalxmağı bacardıq. Qarşıya qoyulan minimum hədəf avrokuboklara vəsiqə qazanmaq idi. Təbii ki, mövsümü azı bir titulla bitirmək niyyətində idik. Amma zaman keçdikcə müəyyən çətinliklər meydana çıxdı. 
– Çətinlik deyəndə konkret olaraq nəyi nəzərdə tutursunuz?
– Əsas problemlərimiz heyətlə bağlı idi. Zədəli və cəzalı futbolçuların çoxluğu çətinlik yaradırdı. Üstəlik, ehtiyat qüvvəmiz də yox idi. Bütün bunları əvvəldən görürdük. Qış fasiləsində də komandanın güclənəcəyini gözləyirdik. Amma bu, baş vermədi. Davamlı olaraq heyətdə dəyişiklik etməli olurduq. Stabil heyət qurmaqda problem yaşayırdıq. Halbuki, iki cəbhədə mübarizə aparmaq üçün iki bərabər səviyyəli heyətə malik olmalısan.
– Mövsüm boyu istər azarkeşlər, istərsə də ictimaiyyətdə müəyyən təzyiqlərlə qarşılaşırdınız.
– Hər bir azarkeş komandasının uğur qazanmasını istəyir. Elə məşqçi də çalışır ki, karyerası titullarla zəngin olsun. Təzyiqlərin olması da bizim işimizin bir hissəsidi. Bununla belə, başladığımız işi yarımçıq qoya bilməzdik. Doğrudu, biz çempionatda liderdən çox geri qalırdıq, amma digər cəbhədə iddiamızı davam etdirirdik. Komandanı ölkə kubokunun finalına qədər gətirib yarı yolda qoya bilməzdik. Bütün çətinliklərə baxmayaraq həlledici oyunda komandanın yanında olmalıydım.
– Mövsümü titulla başa vurmaq mümkün olmadı və "Neftçi" ilə yollarınız ayrıldı.
– Dediyim kimi, "Neftçi"də daha öncə də çalışmışam və bilirəm ki, bu klubda qarşıya qoyulan tələblər daha böyükdü. Burada mövsümü titulsuz başa vurursansa, getməlisən. Kubokun finalından sonra bu addımı atacaqdım. Sadəcə, matçdan sonra mətbuat konfransı olmadı. Baş məşqçi olaraq bütün məsuliyyət mənim üzərimdə idi. Düzdü, müəyyən çətinliklərimiz var idi, amma bununla belə "Neftçi"də titul qazanmalısan.
– Arif Əsədov titul qazana bilməsə də, komandaya yeni adlar qazandırdı.
– İtirdiklərimiz müqabilində qazancımız da oldu. Son illərdə "Neftçi"də yeni adları az-az görürdük. Bu mövsüm qapıçı Emil Balayevlə Ruslan Qurbanova bir çox matçlarda şans verdik. Nəticə göz qabağındadı. Rahil Məmmədov əvəzedici heyətdən dəvət olundu və əsas komandanın futbolçuları ilə sağlam rəqabət aparmağa başladı. Mirabdulla Abbasov yaxın günlərdə əsas komandaya cəlb edildi. Fəhmin Muradbəyli, Məqsəd İsayev, Elşən Abdullayev və Samir Məsimovun çıxışında stabillik yaratmağa nail olduq. Bu işlərimizin bəhrəsini yaxın illərdə lap aşkar görəcəyik.
– Arif müəllim, sizə məşqçi karyeranızda uğurlar arzu edirik və inanırıq ki, hələ Azərbaycan futboluna uzun müddət xidmət edəcəksiniz.
– Mən də inanıram ki, "Neftçi" Avropa Liqasında layiqli çıxış edərək azarkeşləri sevindirəcək. Komandaya gələcək yeni məşqçi heyətinə də uğurlar arzu edirəm. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdı və bu klubda işləmək böyük şərəfdi. İnanıram ki, bu komanda hələ çox tarixi qələbələrə imza atacaq.
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-03 17:00

Azərbaycan “Prezident Kuboku”nu doqquz medalla başa vurdu

blank
Digər idman növləri2024-05-03 16:43

Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlandı

blank
Digər idman növləri2024-05-03 16:28

“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı

blank
Ölkə futbolu2024-05-03 16:11

Azərbaycan cütlüyü “Prezident Kuboku”nda üçüncü oldu

blank
Ölkə futbolu2024-05-03 15:54

Baş məşqçi öz futbolçularını söydüyünə görə cəzalandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm