Ölkə futbolu
Azərbaycanda daha bir oyun alveri: hakimi də alacaqlar
Azərbaycan Çempionatının Həvəskarlar Liqasında biabir&cce…
Azərbaycan Çempionatının Həvəskarlar Liqasında biabirçı vəziyyət yaşanıb. Futbolinfo.az xəbər verir ki, liqanın iştirakçısı "Şərur"un üzvləri iyunun 28-də qarşılaşacaqları “Sabunçu”nun futbolçularına onların məğlub olması üçün pul təklif edib.
Məsələ burasındadı ki, bakılılar bundan imtina etsə də, şərurlular inadından əl çəkməyiblər. “Sabunçu”nun uduzmayacağı halda qarşılaşmanı idarə edən hakimləri satın alacaqlarını bildiriblər.
Bunu saytımıza açıqlamasında pul təklif olunan “Sabunçu”nun baş məşqçisi Emil Cəfərov bildirib: “Şərur”un futbolçualrından biri bizim qonşudu. Onunla görüşəndə mənə də belə bir təklif irəli sürdü. Mən də zarafat etdiyini düşündüm. Sən demə, bizim oyunçumuz Sabir Lotova da eyni təklifi irəli sürüblər. Mənə deyəndə inanın ki, çox pis oldum. Belə komandanı çempionatdan uzaqlaşdırmaq lazımdı. Şəxsən mənə pis təsir etdi. İnsan öz şərəfini satmaz! Deyirlər ki, siz razılaşmasaz da, hakimləri satın alacağıq. Biz onlarla bir dəfə də qarşılaşmışıq. 10 nəfər qalmağımıza baxmayaraq, əsas vaxtda 2:2 oynayıb, penaltilər seriyasında qalib gəldik. Həmin oyunun baş hakimi Mahir Məmmədov başımıza oyun açmışdı. Vaxtı ilə “Şərur”un futbolçusu olub".
Cəfərov məsələni belə qoymayacaq. O, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəyini də dilə gətirdi: "Ayın 13-də Elxan müəllimlə görüşəcəm. Bütün bu məsələləri onun da diqqətinə çatdıracam. Həvəskarlar Liqasının rəhbərinə də bu barədə məlumat verilib. Məsələnin İntizam Komitəsinə daşınması da istisna deyil”.