Dünya futbolu
“Liverpul” 50 milyon istədi
“Mançester Siti” növbəti mövsüm &uu…
“Mançester Siti” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “şəhərlilər”in hədəfində “Liverpul”un futbolçusu Rahim Sterlinqdi.
Belə ki, “Mançester Siti” 25 milyon funt-sterlinq təklif etsə də “Liverpul” geri çevirib. “Qırmızılar” isə 20 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq tələb edir. Futbolçu “qırmızılar”ın həftəlik 100 min funt-sterlinq dəyərində maaşın geri çevirməsindən sonra “Mançester Yunayted” də gənc istedadın transferi üçün hərəkətə keçib.
Qeyd edək ki, Sterlinqin 2017-ci ilə kimi “Liverpul”la müqaviləsi var.