Premyer-liqa
Maksim Medvedev: Millidən qayıdan futbolçularda yorğunluq hiss olunurdu
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Top…
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 10-cu turunda keçirilmiş “Sumqayıt”la qarşılaşmadan sonra fikirlərini açıqlayıb. Təcrübəli futbolçu futbolinfo.az saytına açıqlamasında 3:0 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları deyib:
“Çətin oyun oldu. Süni örtüklü qazonda oynayırdıq. Milidən qayıdan futboçularda da yorğunluq hiss olunurdu. Tam yaxşı anlaşmırdıq. Amma bu, zamanla düzələcək. “Xəzər Lənkəran”la oyuna kimi hər şey qaydasına düşəcək. Onlarla oyunumuz da çətin olacaq. Liderliyi qoruyub saxlamaq isdəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik”.