Dünya futbolu
Ramos üçün De Xea və 30 milyon avro
İspaniya mətbuatının yazdığına görə Serxio Ramosun &ldquo…
İspaniya mətbuatının yazdığına görə Serxio Ramosun “Real”dan gedəcəyi dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, ispan müdafiəçi "kral klubu" ilə maliyyə məsələlərində anlaşa bilməyib.
2017-ci ilədək müqaviləsi olan arxa xətt oyunçusu hazırda ilinə 7,5 milyon avro məvacib alır. O, məbləğin 10 milyona qaldırılmasını istəyir. Ramosun bu tələbi yerinə yetirilmədiyi üçün klubu tərk etmək fikrindədi.
Futbolçunun “Mançester Yunayted”ə keçməsi gündəmdədi. Belə ki, “qırmızı şeytanlar” Ramosa görə Madrid təmsilçisinə qapıçı David De Xea və 30 milyon avro pul təklif edib. Həmçinin, M.Y rəhbərliyi müdafiəçiyə illik 12 milyon avro maaş da verməyə razıdı.
Qeyd edək ki, Serxio Ramos “Real”a 2005-ci ildə “Sevilya”dan transfer olunub.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə