Dünya futbolu
Kavaniyə qarşı ədəbsiz hərəkət – VİDEO
Futbol üzrə Amerika Kubokunda ¼ final mərhələsinin &Cc…
Futbol üzrə Amerika Kubokunda ¼ final mərhələsinin Çili – Ururqvay matçında qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, matçın 63-cü dəqiqəsində çilili Qonsalo Hara rəqib hücumçu Edinson Kavaniyə qarşı ədəbsiz hərəkət edib.
Uruqvaylı forvard isə bu epzioda cavab olaraq, rəqibə əliylə yüngülcə toxunsa da, müdafiəçi özünü yerə atıb. Belədə oyunun brazilyalı hakimi Sandro Riççi Kavanini meydandan qovub.
Qeyd edək ki, qarşılaşma 1:0 hesabı ilə təşkilatçı ölkə olan Çilinin xeyrinə başa çatıb.