Ölkə futbolu
Razılıq əldə olundu: Denis Silva "İnter"lə müqavilə imzalayır
Ötən mövsümün sonu "Neftçi" ilə…
Ötən mövsümün sonu "Neftçi" ilə yollarını ayıran braziliyalı futbolçu Denis Silva karyerasını yenə ölkəmizdə davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi digər Bakı təmsilçisi "İnter"lə anlaşıb.
Bu barədə saytımıza açıqlamasında sözügedən futbolçu məlumat verib. Cənubi amerikalı anlaşmanın detallarını açıqlamasa da, bir neçə günə Bakıya gəlib, müqavilə imzalayacağını bildirib:
"Bu hәftә "İnter"lә müqavilә bağlayacam. Hazırda istirahәtdәyәm. Bakıya gәlib, müqavilәni rәsmilәşdirәcәm. Neçә illik imzalayacağım haqqında isә indi danışmaq istәmirәm. Hәr şeyә Bakıda aydınlıq gәlәcәk".
Qeyd edək ki, "sambaçı" 2010-12 və 2013-15-ci illərdə "Neftçi"nin şərəfini qoruyub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə