Ölkə futbolu
Anar Nəzirov "Zirə"də
Növbəti mövsüm Topaz Premyer Liqasında çıxı?…
Növbəti mövsüm Topaz Premyer Liqasında çıxış edəcək “Zirə” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, bakılılar daha bir transferi həyata keçirmək üzrədi. Belə ki, “qartallar” ötən mövsümü “Qəbələ”də keçirən qapıçı Anar Nəzirovla anlaşıb.
Etibarlı mənbədən əldə etdiyimiz məlumatı hələlik klublar təsdiq etmir. Bunun da səbəbi var. Belə ki, artıq “Zirə”ylə anlaşan qolkiper yeni klubuna nisbətən gec qoşulacaq. Onunla müqavilənin “Qəbələ”nin avrokuboklarda ilk təsnifat mərhələsindəki oyunlarından sonra imzalanacağı gözlənilir. Əyalət klubu hər hansı xoşagəlməz duruma düşməmək üçün hələlik Anarı düşərgədə saxlayır. Əsas qapıçı Bezotosnı, eləcə də yeni transfer olunan Andrey Popoviç zədə və ya cəza üzündən komandanı çətin vəziyyətdə qoymasa, Nəzirovun “Zirə”yə transferi reallaşacaq.
Qeyd edək ki, paytaxt təmsilçisi Nəzirovdan başqa indiyədək Rəşad Abdullayev, Kamal Bayramov, Tərzin Cahangirov , Hacı Əhmədov, Tellur Mütəllimov və Sadiq Quliyevi də heyətinə cəlb edib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq