Dünya futbolu
Türkiyə Superliqasında növbəti baş məşqçi istefası
Türkiyə Superliqasında daha bir baş məşqçi istefası …
Türkiyə Superliqasında daha bir baş məşqçi istefası yaşanıb. Futbolinfo.az xəbər verir ki, çempionatın iddialı klublarından olan "Kasımpaşa"da çalışdırıcısı Öndər Özəni istefaya göndərib.
Klub saytından verilən məlumata görə, 45 yaşlı mütəxəssis və köməkçisi Məhmət Aurelyo ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.
Qeyd edək ki, Özən cari ilin 15 aprelində gürcü çalışdırıcı Şota Arveladzeni əvəzləmişdi. Onun rəhbərliyi altındakı komanda 8 matçda 2 qələbə, eyni sayda bərabərlik və 4 məğlubiyyətlə yadda qalıb.