Ölkə futbolu
Sanko Türkiyə klubu ilə anlaşdı
"Xəzər Lənkəran"ın syerra-leoneli futbolçusu Alf…
"Xəzər Lənkəran"ın syerra-leoneli futbolçusu Alfred Sanko yenidən Türkiyə çempionatına qayıdacağı ilə bağlı yazmışdıq. Futbolinfo.az xəbər verir ki, artıq bu keçid reallaşmaq üzrədi.
Qardaş ölkə mətbuatının yazdığına görə, 26 yaşlı futbolçu Superliqanı yenicə tərk edən "Balıkəsirspor"la razılığa gəlib. Mənbədə bildirilir ki, hazırda ölkəsində olan afrikalı bir neçə günə Türkiyəyə gələrək, növbəti mövsümdən PTT 1-ci Liqasında mübarizə aparacak klubla müqavilə bağlayacaq.
Maraq üçün onu da qeyd edək ki, bir neçə gün öncə saytımıza açıqlama verən Alfred mövsüm başa çatandan sonra "Xəzər Lənkəran" rəhbərliyi ilə danışdığını və ona yeni klub axtarmağı məsləhət gördüklərini dedi.
Qeyd edək ki, Sanko ötən ilin yayında Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Şanlıurfaspor"dan Lənkəran klubuna keçmişdi. Onun cənublularla müqaviləsi növbəti ilin iyununda başa çatacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə