Ölkə futbolu
“Qəbələ” Tiflisə nə vaxt gedir?
“Qəbələ”nin Avropa Liqasının 1-ci təsnifat mərhəl?…
“Qəbələ”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində üzə-üzə gələcəyi Gürcüstan “Dinamo”su ilə qarşılaşmasına yola düşəcəyi tarix və məskunlaşacağı otel məlum olub. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının bürünc mükafatçısı Tiflisə iyunun 30-da yola düşəcək.
Roman Qriqorçukun başçılıq etdiyi komanda “Redisson Blu İveriya” otelində məsknulaşacaq. 18 mərtəbəli 5 ulduzlu otel Beynəlxalq Tiflis aeroportundan 19, dəmir yolu vağzalından isə 5 kilometrlikdə yerləşir.
Qeyd edək ki, “Dinamo” (Tiflis) – “Qəbələ” qarşılaşması iyulun 2-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.