Ölkə futbolu
"Neftçi" İmamverdiyev üçün son şansdan yararlanacaq
“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərh…
“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsinə təqdim etdiyi iştirak ərizəsində Cavid İmamverdiyevin adının olmaması geniş rezonansa səbəb olmuşdu. Futbolinfo.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi Çernoqoriya təmsilçisi “Mladost”la görüşlərdə iştirak edə biləcək.
Son mövsümü Türkiyə “Elazığspor”unda keçirən İmamverdiyevin müqavilə müddəti iyunun 30-da başa çatacaq. Türk klubu ilə anlaşması sona çatmayan Cavidin adı iyulun ilk günü iştirak ərizəsinə əlavə ediləcək. Belə ki, UEFA-nın qaydalarına əsasən Avropa Liqasında mübarizə aparan hər bir komanda hakimin start fitinə 24 saat qalmış iştirak ərizəsinə daha bir futbolçunun adını əlavə edə bilər.
Qeyd edək ki, “Neftçi” – “Mladost” qarşılaşması iyulun 2-də saat 21:00-da start götürəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq