Ölkə futbolu
Vobay “Qəbələ”dən, “Qəbələ” Vobaydan xəbər gözləyir
Syerra-Leone yığmasının sabiq yarımmüdafiəçisi Juliu…
Syerra-Leone yığmasının sabiq yarımmüdafiəçisi Julius Vobayın “Qəbələ”yə keçməsi “Qordi düyünü”nü xatırlatmağa başlayıb. Avropa Liqasının startına sayılı günlər qalsa da, 31 yaşlı yarımmüdafiəçi ilə bağlı “duman çəkilmir”.
İlk olaraq, klubla əlaqə saxlayaraq, universal yarımmüdafiəçinin məsələsinin nə yerdə olduğunu öyrənməyə çalışdıqda, məlum oldu ki, futbolçudan konkret cavab almayıblar. Gözləmə mövqeyi tutan “Qəbələ” rəhbərliyi syerra-leonelinin yolunu gözləyirlər. Düşünmək olardı ki, bölgə təmsilçisi Juliusla ortaq məxrəcə gələ bilməyib. Amma…
Maraqlıdı ki, Vobayı aradıqda analoji cavabla üzləşdik: “Hazırda İngiltərədəyəm. Tətilimi Londonda keçirirəm. “Qəbələ” ilə bütün məsələlərdə ortaq məxrəcə gəlmişik. O cümlədən, maddi suallarda da heç bir anlaşılmazlıq qalmayıb. İndi “Qəbələ” rəhbərliyini gözləyirəm. Nə vaxt çağırsalar, gəlib müqaviləyə imza atacam”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə