Dünya futbolu
Mourinyo Beqoviçi gətirir
İngiltərənin “Çelsi” klubu Petr &Ccedi…
İngiltərənin “Çelsi” klubu Petr Çexin "Arsenal"a keçidindən sonra, ona əvəzləyici tapıb. Futbolinfo.az xəbər verir ki, rəhbərlik “Stok Siti”nin bosniya və hersoqovinalı qapıçısı Asmir Beqoviçi transfer etmək istəyir.
Britaniya mətbuatının verdiyi məlumata görə, “zadəganlar” 28 yaşlı qapıçı üçün 6 milyon avro təklif etmək niyyətindədi. Lakin ingiltərəli həmkarlarımız bildirir ki, “Stok Siti” bu təklifi rədd edəcəyi təqdirdə London təmsilçisi yeni 10 milyonluq təklif irəli sürəcək. “Mavilər”in baş məşqçisi Joze Mourinyo Beqoviçin keçidində israrlı olduğu deyilir.
Qeyd edək ki, qolkiper 2010-cu ildən “Stok Siti”də çıxış edir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…