Ölkə futbolu
Kamran Ağayev: "Ola bilsin, Azərbaycanda çıxış etdim"
"Kayserispor"la yollarını ayıran Azərbaycan millisinin q…
"Kayserispor"la yollarını ayıran Azərbaycan millisinin qapıçısı Kamran Ağayev yenidən karyerasını Türkiyədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, Superliqaya yeni vəsiqə qazanmış "Antalyaspor" təcrübəli qolkiperi heyətinə qatmaq istəyir.
Məsələ ilə bağlı Ağayevlə əlaqə saxladıq. Bu xəbəri inkar etməyən təcrübəli əlcək sahibi bir qədər ehtiyatlı danışmağı üstün tutdu:
"Hazırda bir neçə təkliflər var. Ancaq hansı kluba keçəcəyimi demək istəmirəm. İnşallah, vaxtı gələndə görəcəksiniz. Bu işlərlə menecerim məşğul olur. Gələcəyin işini bilmək olmaz. Ola bilsin, növbəti mövsümdən Azərbaycan çempionatında çıxış etdim.
Qeyd edək ki, Kamran ötən mövsümün qış fasiləsindən Kayseri təmsilçisində çıxış edirdi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…