Bizi izləyin

Ölkə futbolu

"Dinamo"nun baş məşqçisi: "Bu, "Qəbələ"nin xeyrinə olacaq"

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçi…

blank
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”ni öz meydanında qəbul edəcək Tiflis “Dinamo”sunun baş məsqçisi Georgi Gequçadze "Qəbələ İK" qəzetinə eksklüziv açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis açıqlamasında komandasının Avropa Liqasına hazırlığını və bu yarışda imkanlarını dəyərləndirib, “Qəbələ” ilə bağlı fikirlərini bölüşüb.
Bu ilin mayında komandanın “sükanı arxası”na keçən 50 yaşlı gürcü mütəxəssis hazırkı “Qəbələ”nin imkanlarını müfəssəl dəyərləndirməkdə çətinlik çəkib: “Bildiyimə görə, mövsüm bitəndən sonra komandanızın heyətində böyük dəyişikliklər olub. “Qəbələ” avroliqa oyunları ərəfəsində transfer bazarında çox fəallıq göstərib. Heyətinə cəlb etdiyi oyunçuların karyeralarına nəzər salmışam. Yetərincə səviyyəli futbolçulardı. Buna görə ciddi rəqiblə görüşəcəyimizi və bizi çətin sınaq gözlədiyini deyə bilərəm”.
“Dinamo”nun baş məşqçisi “Qəbələ”nin ötən mövsümdəki oyunlarını izləsə də, komanda haqqında yüksək fikirdədi. Gürcü çalışdırıcı belə bir komandanın formalaşmasında baş məşqçinin böyük rolu olduğunu söyləyib: “Ötən mövsüm keçirdiyiniz bəzi oyunlarınızın fraqmentlərinə baxmışam. Mükafata layiq, samballı komandadı, meydanda yaxşı təsir bağışlayır. Həm də komanda yaradıcı oyun göstərməyə çalışır. “Qəbələ” rəqibinə xeyli problem yarada bilən komandadır. Ukraynalı həmkarım Roman Qriqorçukla şəxsi tanışlığım olmasa da, karyerasına əsasən, işinə qiymət verə bilərəm. Məşqçilik fəaliyyəti dövründə çox uğurlar qazanıb. Bildiyimə görə, Qriqorçuk savadlı mütəxəssisdi, məşqçilik işindən yaxşı baş çıxarır. Bu, məndə ona qarşı rəğbət oyadıb. Deməli, biz həm də yüksək səviyyəli mütəxəssislə mübarizə aparmalı olacağıq”.
Tiflis “Dinamo”su Avroliqaya hazırlıq məqsədilə Sloveniyada təlim-məşq toplanışı keçib. Hazırlıqdan razı qalan baş məşqçi indiki heyət barədə də qısa məlumat verdi: “Bizdən də bir neçə futbolçu gedib, əvəzinə yeniləri gəlib. Məsələn, ötən mövsüm əsas qol ümidlərimizdən olan ispan hücumçu artıq sıralarımızda deyil. İstənilən halda, “Qəbələ”dən fərqli olaraq, “Dinamo”da heyətlə bağlı dəyişikliklər çox deyil. Bizim komanda çox gəncdi. Yetirmələrim baxımlı futbol oynamağa çalışırlar. Futbolda nəticəyə hər şey təsir göstərə bilər. Təsadüfi heç nə olmur. Ola bilər ki, təcrübəli futbolçuların çoxluğu “Qəbələ”nin xeyrinə olacaq. Ancaq gənc futbolçuların çoxluğu bizə üstünlük verə bilər. Bir sözlə, hər şeyi oyunlar göstərəcək. Əvvəldən dəqiq söz demək çətindi”.
Gequçadzenin fikrincə, komandasının mövsüm bitəndən sonra gücləndiyini, yoxsa zəiflədiyini “Qəbələ”ylə oyunlar göstərəcək: “Hesab edirəm ki, Avropa Liqasında oyunlar bizim üçün böyük təcrübə olacaq. Turnirdə məqsədimiz imkan daxilində çox irəliləməkdir. “Qəbələ”nin “İnter”lə yoxlama oyunu keçirərək qalib gəldiyini bilirəm. Ancaq “İnter”i çalışdıran həmyerlim Zaur Svanadze, yaxud həmin komandada oynayan gürcü futbolçulardan hazırkı “Qəbələ” haqda məlumat almamışam”.
“Dinamo”nun çalışdırıcısı ilk oyunun harada keçirilməsinin daha münasib olmasıyla bağlı məsələyə də birmənalı cavab verməyib: “Avrokuboklarda evdə başlayıb, ardından səfərdə oynamağın həm üstünlükləri, həm də mənfi cəhətləri var. İlk matçı öz meydanında keçirirsənsə, oyunun strategiyası da dəyişir. Təbii ki, istəyirəm ki, növbəti mərhələyə keçək. Bunun üçün sonadək mübarizə aparacağıq. Kimin favorit olduğunu oyunadək söyləmək çətindir. Bəli, Tiflis “Dinamo”sunun avrokuboklarda təcrübəsi böyükdür. “Qəbələ” isə yalnız ötən il qitəmqiyaslı turnirdə çıxış edib. Ancaq bu, hələ heç nə demək deyil. Komandada təcrübəni futbolçular yaradır. “Qəbələ”də də belə oyunçular çoxdu”.
Qeyd edək ki, 2004/05 mövsümündə “Dinamo”nu UEFA kubokunun qrupuna o vaxt da komandanın bas məsqçisi olmus Georgi Gequçadze çıxarıb.
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-21 18:35

“Səbail” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm